Titan Group Sənaye Şirkətlər Birliyi

“Titan Group” Sənaye Şirkətlər Birliyi 1990-cı il 9 mart-dan ticarət və sənaye soyuducu avadanlığının istehsalçısı kimi fəaliyyətə başlamışdır. 1996-cı ildən şirkətimiz ictimai qida müəssisələri üçün mətbəx avadanlığı, sənaye tipli isidici və soyuducu avadanlıqları, 2000-ci ildən isə irimiqyaslı soyuducu və dondurucu kameraların layihələndirilməsini, istehsalını və bütün mühəndis hesablamalarını və eyni zamanda Azərbaycan Respublikasında ilk dəfə olaraq poliuretan sendviç panel (PUR) istehsalını müvəffəqiyyətlə həyata keçirir. 2017-ci ilin ikinci yarısında isə TİTAN GROUP yeni inşa edilmiş fabrikasında ilk dəfə olaraq poliizosianurat (PİR ) dolumlu sendviç panellərin istehsalını da həyata keçirir. Poliizosianurat (PİR) dolumlu sendviç panellərin poliuretan (PUR) panellərindən əsas fərqli cəhəti yanğına qarşı daha dözümlü olmasıdır. Əsasən modul tipli müəssisələrin,iri və kiçik sənaye obyektlərinin,anbar və logistika mərkəzlərinin,iri ticarət obyektlərinin,qaraj və anqar komplekslərinin,soyuducuanbar komplekslərinin,inzibati binaların,fermer və kənd təssərüfatı binalarının,yaşayış binalarının dam örtük sistemlərinin,perifabrik evlərin,konteynerlərin,tütün qurutma kameralarının,meyvə qurutma kameralarının hazırlanmasında poliuretan (PUR) və poliizosianurat (PİR ) panellərindən istifadə edilir.Hazırda TİTAN GROUP-da PUR/PİR poliuretan sendviç panel istehsalı dünyanın bu sahədə aparıcı şirkətləri olan Manni (İtaliya), Cannon (İtaliya), Ecosystem (İtaliya) firmalarının avadanlıqları ilə təmin olunmuşdur. Poliuretan sistemlərində isə əsasən DAU firmasının məhsulları istifadə olunur. Məhsullar beynəlxalq yanğına davamlılıq sertifikatlarına (ГОСТ 30244-94, İSO 9001:2015, İSO14001:2015) malikdir. Sənaye tipli soyuducu avadanlıqların istehsalında isə Salvagnini (İtaliya),LVD (İtaliya),Durma (Türkiyə),Cannon (İtaliya) firmalarının avadanlıqlarından istifadə olunur. Şirkət 2011-ci ildə “Company of the Year National Business Award” mükafatına layiq görülmüş 2014-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin “Avadanlıq istehsalında müasir texnologiyaların tətbiqinə görə” mükafatlandırılmışdır. 2020-ci il 5-7 fevral tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən Fruit Logistica 2020 sərgisində İtalyanın Gome şirkəti ilə birlikdə Azərbaycanı Tütün qurutma sistemləri ilə təmsil etmişdir.

Xidmətlərimiz[redaktə | mənbəni redaktə et]

  • Peşəkar mətbəx,hotel və restoran avadanlıqları
  • Ticarət və supermarket avadanlıqları
  • Sənaye soyuducu sistemlər və soyuducu kameralar
  • PİR/PUR sendviç panellər və perifabrik evlər
  • Tütün və meyvə qurutma sistemləri
  • Avadanlıqların təmiri - servis

Tərəfdaşlarımız[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Qalereya[redaktə | mənbəni redaktə et]