Titsius-Bode qanunu

Alman fiziki Titius tərəfindən formul halına salınmış və astronom Bode tərəfindən təkmilləşdirilmiş planetlərin günəşdən məsafələrini ifadə edən qanunauyğunluq. 1776-cı ildə təklif olunmuşdur.

Riyazi İfadəsi

[redaktə | mənbəni redaktə et]

3, 6, 12, 24, 48, 96, ... həndəsi silsiləsinə ilk hədd olaraq 0ı əlavə etdikdən sonra hər həddin üzərinə 4 əlavə edib 10a bölək. Alınan 0.4, 0.7, 1, 1.6, 2.8, 5.2, 10, 19.6 və 38.8 ədədləri Astronomik Vahid olaraq planetlərin Günəşdən orta məsafələrinə bərabər olacaqdır.

Titius-Bode qanunu ortaya çıxarıldığı zaman Uran, NeptunPluton hələ kəşf olunmamışdı. Amma qanun Neptun istisna olunmaqla həqiqətə uyğun nəticələr verməkdədir. Bundan başqa bu qanun MarsYupiter arasında bir planet mövcud olması nəzəriyyəsini inkişaf etdirmişdir. Bundan başqa astronomlar Adams və Leverye Neptunun axtarışı zamanı Titsius-Bode qanunundan istifadə etmişdilər. İndi bilirik ki, uzaq planetlər üçün bu qanun bir o qədər də dəqiq deyil. Lakin hesablamalar nəticəsində edilən səhvlər bir birini tarazlamış və Neptun həqiqətən də kəşf olunmuşdu.