Tivi məscidi

Tivi məscidiNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində yerləşən orta əsrlərə aid məscid.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Məscid kəndin cənub tərəfində, Anabat məhəlləsində yerləşir. Əvvəllər məscidin yerində pir olmuş, sonralar məscidə çevrilmişdir. Ona görə də bəzən yerli əhali arasında məhəllənin adı ilə məscidə "Anabat piri" də deyilir.

Memarlıq quruluşu

[redaktə | mənbəni redaktə et]

Məscidin girişi şərq tərəfdəndir. Kişilər və qadınlar üçün 2 qapısı vardır. Kişi salonu cənubda, qadın salonu şimal tərəfdədir. Qadın salonuna daxil olarkən qapının ağzında bir qəbir vardır. Ancaq qəbirin üstündə epiqrafik sənəd — kitabə olmadığı üçün orada dəfn olunan şəxsiyyətin mənsubiyyətini təyin etmək mümkün deyildir. Deyilənə görə əvvəllər qəbirin üstündə kitabə olmuşdur. Məscidin tavanı 5x2 olmaqla 10 sütunun üstündə dayanıb. Şimal və cənub divarların hərəsində 3 pəncərə var. Sonralar girişdə əlavə kiçik otaq tikilib.

Tarixi dövrləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Məscidi XVII–XVIII əsrlərə aid etmək olar.

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.