Tivoli bağları və ya Tivoli — Danimarkanın paytaxtı olan, Kopenhagen şəhərində yerləşən əyləncə parkı və kef bağı. O, 1843-cü ilin avqustun 15-i açılıb və bələliklə, həmin şəhərin yanında Direhavsbakken parkından sonra, dünyanın ikinci ən köhnə əyləncə parkıdır.[1] Bəzi mənbələrdə Volt Disney məhz Tivolidən ilhamlanıb, Disneyland-ı yaratdığını deyilir.[2] O, bu yeri 1951-ci ildə ziyarət edib.[3]
Tivoli bağları | |
---|---|
| |
Məlumatlar | |
Yerləşməsi | Danimarka, Kopenhagen |
Yaradılıb | 15 avqust 1843 |
Saytı | tivoli.dk |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
2016-cı ildə Tivoli bağlarını 4,6 mln. adam ziyarət edib.[4]
Parkın 14-16 akr ərazisində qrulması üçün Georq Karstensena icazə verən Kral VIII Kristian idi. Onun ilk adı Tivoli & Vauxhall qoyublar.[5] Açılışı 1843-cü ilin avqustun 15-də baş verib. O gün parkının ilk ziyarətçilərin arasında Hans Xristian Andersen də olub. O, parkdan ilhamlanıb Bülbül nağılını yazıb.[6]
1901-ci ildən başlayaraq Tivolidə bir sıra insan sərqisi keçirilib. Bunun vasitəsi ilə xaricə gedə bilməyən Danimarkalılar başqa irqləri və mədəniyyətləri canlı olaraq görə bilərdi.[5]
1943-cü ildə nasizm tərəfdarları Tivolinin bir çox binalarını, o cümlədən konsert zalını yandırıblar. O binaların yerində müvəqqəti tikintilər quruşdurulub və bir neçə həftə sonra, park yenidən işləməyə başladı.[7]
Park taxtadan tikilmiş amerikan dağlarına görə tanınır. Məsələn 1914-cü (başqa mənbələrinə görə 1915-də və ya ondan sonra) ildə quraşdırılan Rutschebanen və ya yerlilər tərəfindən Bjergbanen adlanan amerikan dağları dünyada hələ də işləyən ən köhnə amerikan dağlarından biridir.[8] Bundan başqa, parkda poladdan olan 1974-cü ildə quraşdırılan Karavanen, 1985-ci ilin Odin Ekspressen və 2004-cü ilin aprelin 16-da quraşdırılan Dæmonen adlı amerikan dağları var.[9]
2006-cı ildə Tivoli üçün Avstriyada Funtime şirkərti tərəfindən dünyanın ən yüksək karuseli olan Himmelskibet adlı atraksion quraşdırılıb.[5]
Tivoliyə giriş biletlidir. Biletlərin fərqli növləri olur, o cümlədən, nisbətən ucuz olan atraksionları istifadə etməyə icazə verməyən biletlər var. Atraksionlardan başqa, Tivolidə müxtəlif restoranlar, kafelər, süni göl, [10] teatr, bağlar, gül ləki və şərqi üslubda binalar var.[11]
Parkın yanında 1893-cü ildə tikilən Tivoli sarayına baxan Hans Xristian Andersenın heykəli yerləşir. Bundan artıq, 2019-cu ildə elan olunub ki, Tivoli BIG şirkəti ilə birgə saraya Andersenın adını daşıyacaq 18 mərtəbəli mehmanhana əlavə olaraq tikmək planlaşdırırlar.[12]