Tiyuldar

Tiyuldar - tiyul sahibi. T. vergi toplamaq və məhkəməinzibati hüquqlara malik olsa da, tiyul sahəsi onun xüsusi mülkiyyəti hesab olunmurdu. Sonralar, xüsusilə də xanlıqlar dövründə t.-lar mütəmadi şəkildə xan təliqəsi ilə təsdiqlənirdilər. Quba xanlığında rəiyyətin t.-dan şəxsi asılılığı və ona xidmət göstərməsi xanın əmri ilə qanuniləşdirilirdi.