Toğrul Seyid Hüseyn oğlu Sadıqzadə (1926, Bakı – 1995) — Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi. Seyid Hüseyn Sadiqnin oğlu.
Toğrul Sadıqzadə | |
---|---|
Toğrul Seyid Hüseyn oğlu Sadıqzadə | |
Doğum tarixi | 1926 |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 1995 |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Seyid Hüseyn Sadiq |
Anası | Ümmügülsüm |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Mükafatları |
Toğrul Sadıqzadə 1926-cı ildə Bakıda, İçərişəhərdə, Azərbaycanın tanınmış yazıçısı Seyid Hüseynin və şairə Ümmügülsümün ailəsində dünyaya gəlib. Valideynləri 1937-ci ildə repressiya olunublar. 1949-cu ildə o, Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbini bitirib. Portretlər, Füzulinin "Leyli və Məcnun” poemasına çəkdiyi miniatürlər ona geniş şöhrət qazandırır. 1951-ci ildə Respublika, Ümumittifaq və Beynəlxalq sərgilərdə iştirak edir. 1954-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olur.[1]