Tofiq İsgəndərli (23 mart 1961, Aşağı Oruzman, Dmanisi rayonu) — müasir Azərbaycan illüzionisti. Azərbaycanda uşaq illüziya sənətinin banisi.
Tofiq İsgəndərli | |
---|---|
Doğum tarixi | 23 mart 1961 (63 yaş) |
Doğum yeri |
23 mart 1961-ci ildə Gürcüstanın Dmanisi rayonunun Aşağı Oruzman kəndində anadan olub.[1] 1989-1992 ci ilə qədər Azərbaycan Dövlət Qastrol Konsert Birliyində illuziyonist kimi çalışmışdır. İllüziya sənətinə kiçik yaşlarından böyük həvəsi olub, məktəb ilərindən, öz dostlarına, qonşu uşaqlara fokuslar göstəridi. Çox nadinc və incəsənətə həddindən artıq həvəs göstərən, fantaziyası güclü uşaq olub. Kiçik yaşlarından fantastik filmlərə və nağıllara böyük marağı olub (indi də belədir), elə bu maraq da onun bu sənətə gəlməsində əsas səbəb olub. Bu maraq, həvəs onu M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutuna gətirib. Dram-kino aktyorluğu fakültəsini bitirib.Tələbəlik illərində illüziya ilə mütəmadi, peşəkarcasına məşğul olub.
1982 ci ildən Azərbaycan Dövlət Konsert Qastrol Birliyi (Azkonsert ) ilə əməkdaşlıq edərək,illüziya sənəti ilə peşəkar məşğul olub. 1985 ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və tələbəlik illərində də Azərbaycan Dövlət Konsert Qastrol Birliyi ilə əməkdaşlığını davam etdirib. 1989-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunu bitirdikdən sonra, 1993-cü ilə qədər Azərbaycan Dövlət Qastrol Konsert Birliyində (Azkonsert) illüzionist-konferansiye işləmişdir. 1993-2004-cü illərdə Bakı Dövlət Sirkində orijinal janr artisti-illüzionist kimi fəaliyyət göstərmişdir. 2004-cü ildən Baki Uşaq Teatrının (BUT) aktyorudur. 2001-ci ildə Çində keçirilən İllüziyaçıların beynəlxalq festivalında ilin 20 ən yaxşı illüzionistindən biri seçilmişdir. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişinin aparıcısı olub və xalq tərəfindən sehrbaz Tofiq əmi kimi tanınıb. Azərbaycandakı Tİ-MAGİC illüziya teatrının yaradıcısıdır. Azərbaycan İllüzionistlər Assosiasiyasının prezidentidir. Azərbaycan dilindəki "Fokuslar" kitabının müəllifidir. Dövlət patenti almış altı illüziya nömrəsinin müəllifidir. Azərbaycandan kənarda da - İranda, Türkiyədə və başqa ölkələrdə tanınır. Hazırda "Şou magiya" adlı böyük illüziya proqramı ilə çıxışlar edir.