Tofiq Əhmədov (geofizik)

Tofiq Əhmədov (1947, Dəvəçi rayonu) — dağ-mühəndis geofiziki (1969-cu il), geologiya-mineralogiya elmlər doktoru (2007-ci il), professor (2008-ci il).

Tofiq Əhmədov
Doğum tarixi 1947
Doğum yeri
Elmi rəhbəri Rəsmi Abdullayev

1947-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun Güləmli kən­dində anadan olmuşdur. 1964-cü ildə Dəvəçi rayon orta məktəbini gümüş medalla bitirərək, M. Əziz­bəyov adına Neft və Kimya institutuna daxil olub. 1969-cu ildə bu ins­ti­tu­tun geologi-kəşfiyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmiş və təyinatla institutda saxlanılıb, institutun aspiranturasına daxil olub. 1975-ci ildə dissertasiyanı müdafiə edib, geologiya-mineralogiya elmlər namizədi alimlik dərəcəsi almışdır.

Təhsili və elmi dərəcəsi

[redaktə | mənbəni redaktə et]

dağ-mühəndis geofiziki (1969-cu il), geologiya-mineralogiya elmlər doktoru (2007-ci il), professor (2008-ci il).

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Seysmik kəşfiyyat məlumatlarının emalı və interpretasiyası, seysmik inversiya.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1973 — 75-ci illərdə “Geofiziki kəşfiyyat üsulları” kafedrasında mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır. 1976 — 77-ci illərdə “Geofiziki kəşfiyyat üsulları” kafedrasının baş elmi işçisi vəzifəsində çalışıb. Bu illər ərzində əvəzçiliklə mühazirələr oxumuş, laboratoriya dərsləri aparmışdır. 1977 — 78-ci illərdə Moskvada, M. Torez adına Xarici Dillər institutunda fransız dili kurslarında oxumuşdur. 1978 — 82-ci illərdə Əlcəzairdə, Milli Karbohidrogenlər institutunda “Geofizika” kafedrasının professoru və kafedra müdiri vəzifələrində çalışıb. 1982 — 83-cü illərdə yenidən M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun “Geofiziki kəşfiyyat üsulları” kafedrasının baş elmi işçisi vəzifəsinə təyin edilmişdir. 1983-cü ildə “Geofiziki kəşfiyyat üsulları” kafedrasının dosenti seçilib. 2008-ci ildə ADNSU-nun “Geofizika” kafedrasının professoru vəzifəsinə seçilmiş və hal-hazırda bu vəzifədə çalışır.