Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Tofiq Qulam oğlu Bayramov (16 dekabr 1934, Əmircan – 19 aprel 1991, Bakı) — Azərbaycan şairi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1984).
Tofiq Bayram | |
---|---|
Tofiq Qulam oğlu Bayramov | |
Təxəllüsü | Tofiq Bayram |
Doğum tarixi | 16 dekabr 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 1991 (56 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | Zərifə Bayramova |
Atası | Qulam Bayramov |
Anası | Məşədi Zivər Bayramova |
Fəaliyyəti | tərcüməçi, şair |
Mükafatları |
Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil almışdır (1954–1959). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959–1960). Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960–1961), M. F. Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961 – 1964), "Ulduz" jurnalı redaksiyasında (1964–1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri (1968–1978), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir. Sonra yaradıcılıqla məşğul olmuşdur. Lope de Veqanın "Hiyləgər məşuqə" pyesini tərcümə etmişdir. A. T. Tvardovskinin "Yaddaşın hökmü" poemasının tərcüməsinə görə M. Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür (1988).
1991-ci il aprelin 19-da vəfat etmiş, Bakının Əmircan kəndində dəfn olunmuşdur.
Tofiq Bayram Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimidir.
(ruscadan)