Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Tofiq Ataxan oğlu Gülməmmədov (9 may 1960, Naxçıvan – 16 yanvar 2020, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinin rəhbəri.[1]
Tofiq Gülməmmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Mükafatları |
Gülməmmədov Tofiq Ataxan oğlu 9 may 1960-ci ildə Naxçıvan şəhərində anadan olub. 1983-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1987-ci ildə həmin fakültəni bitirib[2].
Ailəlidir, 1 övladı var.
1987-ci ildə təyinatla C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb.
1992-ci ildə Azərbaycan Televiziya və Radio Verlişləri Şirkətində rejissor vəzifəsinə, 1993-cü ildə "Hərbi Vətənpərvərlik və Səlnamə" redaksiyasının baş rejissoru, 1996-cı ildə idman redaksiyasının baş rejissoru vəzifəsinə təyin edilib və rejissor-reportyor funksiyasını yerinə yetirib.
2006-cı ildə Lənkəran TV-yə sədr təyin olunub.
Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinə rəhbərlik edir[1].
Tofiq Gülməmmədov 16 yanvar 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir[4].