Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tofiq Qafarov (tam adı: Tofiq Mikayıl oğlu Qafarov; 13.03.1931, Bakı – 02.09.1995, Bakı) – azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının müdiri (1987–1995), Azərbaycan Respublikasının əməkdar elm xadimi.
Tofiq Qafarov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan Respublikası |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahələri | hüquq, cinayət hüququ, |
Elmi dərəcəsi | hüquq elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Bakı Dövlət Universitetinin Hüquq fakültəsi |
Tofiq Qafarov 1931-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1949-cu ildə Bakı şəhərində orta məktəbi başa vurduqdan sonra Moskva Hüquq İnstituna daxil olmuş və oradakı təhsilini 1953-cü ildə bitirmişdir. 1954–1958-ci illərdə Azərbaycan Ali Məhkəməsində baş məsləhətçi vəzifəsində işləmişdir. Yüksək peşəkarlıq səviyyəsinə görə Azərbaycan Ali Soveti Rəyasət heyətinə dəvət edilərək burada Referent vəzifəsində çalışmışdır. Prof. T. M. Qafarov 1995-ci il avqustun 30-da avtomobil qəzasında faciəli şəkildə vəfat etmişdir.
Prof. Tofiq Mikayıl oğlu Qafarov Azərbaycan hüquqşünaslar irsinin görkəmli nümayəndəsi olaraq cinayət hüququ üzrə elmi məktəbin inkişafını təmin etmişdir. Tofiq Qafarov 1962-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını, 1973-cü ildə isə "Sovet cinayət hüququnda residiv problemi" adlı doktorluq dissertasiyasını müdafiə etmiş, 1978-ci ildə ona professor adı verilmişdir. T. M. Qafarov 1961-ci ildən 1968-ci ilə kimi Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1968-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunun direktor müavini təyin olunmuşdur və 20 ilə yaxın müddətdə bu vəzifədə çalışmışdır. Prof. T. M. Qafarov 1987-ci ildən BDU-nun Cinayət hüququ kafedrasının müdiri seçilmiş, ömrünün sonuna qədər, 1995-ci ilədək bu vəzifədə işləmişdir. Kafedranın başqa qabaqcıl təhsil müəssisələri ilə, xüsusən Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universitetinin Cinayət hüququ kafedraları ilə yaxın elmi əlaqələrin qurulmasında prof. T. M. Qafarovun rolu böyük olmuşdur. Prof. T. M. Qafarov "Cinayət hüququnda residiv problemi" adlı əsərində Cinayət hüquq məktəbinin yeni istiqamətinin — məsuliyyətin diferensiasiyası istiqamətini müəyyən etmişdir. Onun birgə müəllifliyi ilə dərc edilən "Həddi-büluğa çatmayanların cinayət məsuliyyəti" (1979), "İctimai qaydaya qəsd edən əməllərlə mübarizə: cinayət-hüquqi və kriminoloji aspektlər" (1983) adlı monoqrafiyaları hüquq ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Prof. T. M. Qafarov kafedraya rəhbərlik etdiyi dövrdə elmi kadrların hazırlanmasına xüsusi qayğı göstərmiş, xeyli tədqiqatçı elmlər namizədi elmi dərəcəsini almaq üçün namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Bilavasitə onun elmi rəhbərliyi altında 4 elmlər doktoru, 15 elmlər namizədi yetişdirilmişdir. Prof. T. M. Qafarov 1980-ci ildən SSRİ dağılana qədər SSRİ Ali Attestasiya Komissiyasının Cinayət hüququ üzrə ekspert komissiyasının üzvü olmuşdur. O, Respublika Ali Məhkəməsi yanında Elmi-məsləhət Şurasının, Respublika Prokurorluğu yanında Elmi-metodik Şuranın üzvü, eyni zamanda SSRİ EA-nın "Dövlətin, idarəçiliyin və hüququn inkişaf qanunauyğunluqları" Elmi Şurasının üzvü, Azərbaycan EA-nın "Dövlət və hüquq problemləri" Şurasının sədri idi. Elm və təhsil sahəsində xidmətlərinə görə prof. T. M. Qafarova "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı verilmişdir.
EA, Fəlsəfə və Hüquq İn-tu. Bakı: Elm, 1977.
Qəhrəmanov, İ. P. Məmmədov (red.), T. M. Qafarov [və b.]. Bakı: Azərnəşr, 1978.
/Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti ; [tərc. ed. X. Süleymanov ; red. T. M. Qafarov]. Bakı: [s.n.], 1967.
[red. İ. Məmmədov] ; AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, S. M. Kirov ad. Azərb. Dövlət Un-ti. Bakı: [s.n.], 1968.
İ. Məmmədov ; AzSSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsi, S. M. Kirov ad. Azərb. Döv. Un-ti (Qiyabi şöbə). Bakı: [s.n.], 1965