Tofiq Quliyev (kimyaçı)

Tofiq Quliyev (Tofiq Mustafa oğlu Quliyev; 10 dekabr 1938, Naxçıvan şəhəri) — kimyaçı alim, Fövqəladə Hallar Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunda Neft-qaz, Kimya sənayesi sahəsi üzrə fiziki-kimyəvi tədqiqatlar laboratoriyasının müdiri, elmi-praktik əhəmiyyət kəsb edən 180-dən artıq elmi əsərin, o cümlədən 50-dən artıq xarici patentin (Rusiya, Almaniya, Bolqarıstan, Çexoslovakiya) müəllifi[1].

Tofiq Quliyev
Tofiq Mustafa oğlu Quliyev
Doğum tarixi (85 yaş)
Doğum yeri Naxçıvan, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi elmlər namizədi
Elmi adı kimyaçı alim
Təhsili Azərbaycan Neft Kimya İnstitutu

Tofiq Quliyev 1938-ci il dekabr ayının 10-da Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhərində almışdır. 1966-cı ildə Azərbaycan Neft-Kimya İnstitutunun Kimya texnologiyası fakültəsini bitirmişdir[2]. 1957–58-ci illərdə Məmməd Səid Ordubadi adına Naxçıvan Respublika kitabxanasında kitabxanaçı, 1959–60-cı illərdə isə Sumqayıt şəhərindəki Səthi Aktiv Maddələr zavodunda aparatçı kimi fəaliyyət göstərmişdir. Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda (1961), AMEA-nın Elmi Şurasında "Elastomerlər" almaq üçün yeni yaranmış laboratoriyada (1975) müxtəlif vəzifələrdə çalışmışdır. 1981-ci ildən ƏM və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun "Yanğın partlayış" şöbəsinə müsabiqə yolu ilə müdir təyin edilmişdir. 1985-ci ildən etibarən fiziki-kimyəvi tədqiqatlar laboratoriyasında müdir kimi fəaliyyət göstərməyə başlamışdır.

1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda "Elostomerlər almaq məqsədi ilə etilen və butilenlərin qarşısının spoliterləşməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir[3].

Texnoloji avadanlıqların, onların hissələrinin, avadanlıqların yerləşdiyi otaqların döşəmələrinin yuyulub təmizlənməsi proseslərində asan alışan, yanan ( yaxud partlayan), insan üçün zərərli, ətraf mühiti çirkləndirən bahalı üzvi həlledicilərdən istifadə edirlər. Tofiq Quliyev göstərilən çatışmazlıqları aradan qaldırmaq və proseslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən neft emalı zavodlarında hasil olan tullantılar əsasında Texniki Yuyucu Vasitə işləyib hazırlamışdır [4]. Bu Texniki Yuyucu Vasitələr Bakı Neft Yağ emalı zavodunda xüsusi qurğuda istehsal olunaraq respublikaya və keçmiş SSRİ-dəki müəssisələrə göndərilmişdir (50.000 tondan artıq). Əlavə olaraq həmin TYV-nin SSRİ ərazisində geniş tətbiqi üçün Qaz təhlükəsizliyi Firması "ЦП чрезвычайное Происшествие" № 2, февраль 1991" qəzetində xüsusi olan Müəllif böyük ölçülü texnoloji avadanlıqları, onların şaquli səthlərini, tor, şəbəkə tipli digər qoruyucu çəpərləri və s. yuyub təmizləmək üçün köpükəmələgətirici TYV işləyib hazırlamışdır [5]. Bu köpüklənən TYV yüksək dayanıqlığa malik olaraq (60 dəqiqədən artıq) istənilən konfiqurasiyalı səthdə qalaraq çirklərin səmərəli yuyulmasını təmin edir. Bu TYV Azərneft İB-nin "Azəriqaz" QSC-nin obyektlərində uğurla sınaqlardan çıxmış və onların istehsalatda geniş tətbiq olunması tövsiyə edilmişdir. Köpükəmələgətirici yuyucu vasitə (KYV-2) hərbi nəqliyyat təyyarəsi TU-95(modifikasiya olunmuş tipi TK-12CT) mühərrikini mürəkkəb çirklərdən (neft məhsulları), onların yanma məhsulları qətranlar, toz, qum və s.) işlənib hazırlanmışdır. Bu KYV-nin köməyi ilə mühərriki sökmədən, təmizləyici vasitəni qızdırmadan məlum üsullara nisbətən asan və daha səmərəli təmizləmək mümkün olmuşdur. Tofiq Quliyevin ixtiraları içərisində zərərli və zəhərli qazların, mikro sızmaların ekspress üsulla təyin edilməsi də xüsusi yer tutur [6] [7]; № 1730312; [8] [9] [10]. Məişətdə geniş istifadə olunan təbii qazın (metan) sızması (nəticəsində partlayış yaratması), eləcə də nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilən metan və sıxlaşdırılıb mayeləşdirilmiş propan-butanın partlaması və yanması nəticəsində baş verən fəlakətlər məlumdur. Bütün bunlar nəzərə alınaraq qazların mikrosızmalarını dəqiq təyin edən indikator işlənib hazırlanmışdır. Bu indikatorları hazırlamaq üçün (Stavropol vilayətinin Nevinomıssk şəhərində) həcmi 340 ml olan alüminium balonlar və Riqa şəhərindən gündəlik məhsuldarlığı 2000 ədəd olan aqreqat alınaraq institutda quraşdırılmışdır. Sumqayıt Kimya Zavodunda 90-cı illər xlor istehsalı sexində istifadə üçün "Xlor indikatoru", Bakı 2 №-li Avtobus parkı üçün "Təbii qaz indikatoru" , Qazaxıstanda "Tengiz neft yatağı" (Şevron firmasının sifarişi ilə) və Samarada qaz emalı zavodu üçün hidrogen sulfid qazının sızma yerlərini aşkar edən UCK-1 və UCK-2 indikatorları hazırlanıb realizə edilmişdir. Tərkibində kükürdlü birləşmələr olan neft və neft məhsulları ilə təmasda olan texnoloji avadanlıqlar (çənlər, baklar, sistemlər və s.) korroziyaya uğrayaraq dəmirin sulfidli birləşmələrini əmələ gətirirlər (FeS, Fe2S3, FeS2 və s.).Bu birləşmədə pirofor xassəsinə malik duzlar öz-özünə alışıb yanır və böyük yanğınlar törədir. Sonralar bu pirofor birləşmələr havanın oksigeni ilə birləşərək yüksək temperatura qədər (450–5000C) qızaraq nefti, qazı, digər üzvi maddələri alışdıraraq yangın törədir. Bu barədə ədəbiyyatda saysız-hesabsız məlumatlar var.Uzun illər bu yanğınların səbəbi bilinmirdi. Tofiq Quliyev bu arzuolunmaz yanğın partlayışının qarşısının alınması üçün əməkdaşları ilə birgə bir neçə qaz indikatorları işləyib hazırlamışdır ([11] [12] [13] AR Patent № İ20000208, 1998; AR Patenti № İ 2018 0026, 2018) Способдезактивизации пирофорных железа. Beynəlxalq Elmi-praktiki konfransın materialları. 24–25 noyabr, 2010. Bakı ş. Samara Qaz Emalı zavodunda tətbiq olunmuşdur. 1990-cı illərdə SSRİ dağıldığı və müttəfiq respublikalar arasında iqtisadi əlaqələr pozulan zamanlarda neft ölkəsi olan Azərbaycanda baş verə biləcək yanğınları söndürmək üçün köpükləndiricilər --- T.Quliyev yanğınların söndürülməsi üçün respublikada istehsal olunan məhsullardan və istehsalat tullantılarından ibarət yeni köpükləndiricilər işləyib hazırlamışdır [14] [15] [16]. Eyni zamanda kiçik yangınları söndürmək üçün ilk Universal – mobil köpükəmələgətirici aqreqat işlənib hazırlanmışdır [17]. Yerli xammal və tullantılar əsasında daha bir yanğınsöndürücü tərkib və orijinal üsul işlənilib, hazırlanaraq, sınaqdan çıxarılmışdır. Bu, yanğının layaltı üsullarla söndürülməsi üçün köpükləndirici tərkibdir (Az R patenti № i 2011 064, [18]. Bu üsulla çənlərdə alovlanmış neft və neft məhsullarını söndürmək üçün köpüklənən tərkib çənin aşağısından verilir. Köpük, yanan maddənin içərisindən keçərək üzərinə çıxır, hava oksigeninin qarşısını alır və yanmanı dayandırır (Elmi-praktik konfransın materialları. 13–14 dekar, 2012, Gəncə ş.). Təbii qazın hasilatı və onun nəqli zamanı qazla bərabər maye (su və kondensat) da çıxır. Quyularda bu su sütununun yığılaraq boruda əks təzyiq yaratması onun normal çıxmasına mane olur. Qazın nəqli zamanı isə mayenin əsas hissəsinin separatorlarda tutulmasına baxmayaraq, xeyli hissəsi qalır. Onun uzun məsafəyə nəqli zamanı yüksək təzyiq, aşağı temperatur (qış zamanı dənizin dibi və enişli-yoxuşlu yerdən keçən boru xətlərində su yığımları və karbohidratlar (tıxaclar) yaranır. Karbohidratların qarşısını almaq üçün qazdakı suyun çıxarılmasını maksimuma çatdırmaq lazımdır. Bunun üçün Tofiq Quliyev əməkdaşları ilə birlikdə yeni səmərəli kimyəvi tərkib və üsul işləyib hazırlamışdır (AR Patent №20000211 2000-ci il və № İ200090006 2006-cı il). Bu köpüklənən kimyəvi tərkibin sınaq nümunələri "Qum adası № QÇİ-də sınaqdan uğurla keçmiş və geniş tətbiqi tövsiyə olunmuşdur. Yuxarıda göstərilən işlərdən əlavə, alim kükürdlü neftlərdən hidrogen sulfid və yuyucu merkaptanların (metil, etil, propil) qarşısını alan xüsusi köpükləndirici tərkib işləyib hazırlamışdır. Alınan köpük yüksək artımı (İQ 12 dəfə) və dayanıqlığı ilə məlum köpükləndiricilərdən fərqlənir. Bu köpüyü qəza nəticəsində tökülüb dağılmış neftin üzərinə tökməklə həm ondan ayrılan zəhərli qazların çıxmasının qarşısını almaq, həm də onları kimyəvi cəhətdən neytrallaşdırmaq mümkündür [19]. Maye karbohidrogenlərdəki hidrogen-sulfid və digər qazları yüksək təzyiqlə deqazasiya etməklə çıxarılması praktik cəhətdən böyük əhmiyyət kəsb edir [20]. Yuxarıda göstərilənlərdən başqa, neft-qaz, neft-kimya və digər sənaye sahələrində təhlükəsiz iş şəraiti yaratmaq məqsədi ilə bir sıra elmi-praktiki əhəmiyyətli işlər yerinə yetirilmişdir. Bunlardan tullantı qazlardan "Karbon qazının alınması" (AR Patent № 2000 0191. 2000-ci il), "Alovdan qoruyucu tərkib" (AR Patent, № i 2009, 146 2009-cu il), "Təbii qazın qurudulması absorbent", "Germetikləşdirici kompozisiya" (AR Patent № i 2011 0008, 2011-ci il), "Способ очистки нефти" (Авт. Сви-во СССР № 14113117, 1986 г.), Состав для "Предотвращение выделения распространения сероводорода из нефти" (Авт. Сви-во СССР № 1721881) və başqalarını göstərmək olar. Aparılan işlərin nəticələri barədə T.Quliyev Rusiya, Ukrayna, Finlandiya, Macarıstan, ümumiyyətlə, 20-dən artıq ölkədə təşkil olunmuş konfrans, simpozium və sərgilərdə iştirak etmişdir.

Alim kimi, həyata keçirdiyi səmərəli təklifləri və elmi tədqiqat işləri yüksək qiymətləndirilmişdir.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
Azərbaycan dilində
  1. Bərk səthlərin təmizlənməsi üçün məhlul. Patent Az. Respub. № 980002, 1998-ci il. Əsgərova B.X.
  2. Qaz itkisinin yerini aşkar etmək üçün kimyəvi tərkib. Patent Az. Respub. № 980001, 1998-ci il. Ağayev A.S.
  3. Pirofor (dəmir sulfid) çökmələrinin öz-özünə alışıb yanmalarının qarşısını almaq üsulu. AR Patenti. № 20000208, 1998-ci il. Hüseynov M.Q. və başq.
  4. İstismarda olan qaz qurğularında əmələ gəlmiş maye sütununu ləğv etmək üçün köpükləndirici tərkib. Patent Az. R. № 20000211, 2000-ci il. Hüseynov V.
  5. Təbii qazların nəqli zamanı boru kəmərlərində yaranmış maye tıxaclarının ləğv edilməsi üçün köpükləndirici tərkib. Azərbaycan Respublikasının patenti. № İ2014 0014, 2014-cü il. Bədəlov R.R. və başq.
rus dilində
  1. Способ получения олигомеров этилена. Патент ГДР № 126883, 1977 г. Сеидов Н.М. и др.
  2. Катализатор для олигомеризации и сополимеризации олефинов. Патент ГДР № 127725, 1977 г. Сеидов Н.М. и др.
  3. Катализатор для олигомеризации и сополимеризации олефинов. Авторское свидетельство Чехословакии СССР № 186541, 1981 г. Сеидов Н.М. и др.
  4. Способ очистки нефти. Авторское свидетельство СССР № 14113117, 1986 г. Агаев А.С. и др.
  5. Индикаторный состав для обнаружения утечек сероводорода. Авторское свидетельство СССР № 14113117, 1986 г. Агаев А.С. и др.
  6. Способ очистки нефти и нефтепродуктов от сероводорода. Авторское свидетельство СССР № 1616958 (1990 г. ) Агаев А.С. и др.

Azərbaycan SSR Dövlət Ətraf Mühitin Mühafizəsi Komitəsinin (Ətraf mühitin xlorla çirklənməsinin qarşısının alınması , 1990) Diplomuna, SSRİ Xalq təsərrüfatı nailiyyətləri sərgisinin (Hidrogen sulfidin indikatoru , Pirofor birləşmələrinin alışmasının qarşısını alan dezaktivator, 1990-cı il) Diplomuna, iki Gümüş medala, eyni zamanda adı çəkilən Sərginin 1989 və 1991-ci illərdə Texniki yuyucu vasitə Köpüklənən texniki yuyucu vasitələri üçün Tunc və Gümüş medala layiq görülmüşdür.

  • Сеидов Н.М., Далин М.А. и др. (1970). Способ получения синтетических каучуков.
  • Амирова Р.М. и др. Индикаторный состав для обнаружения места утечки газа (СО2). Авторское свидетельство СССР № 1747976.
  • Гаджиев Б.Х. и др. (1986 г). Способ предотвращения самовозгорания пирофорных отложений сульфида железа. Авторское свидетельство СССР № 1449138.
  • Аскерова Б.Х. и др. (1996 г.). Пенообразующее моющее средство для очистки металлической поверхности. Патент РФ № 2053264.
  • Məhsimov Y.A. və başq. (2002). Bərk səthi təmizləmək üçün köpüklənən yuyucu vasitə. AR patenti 0028.
  • Авласимов Л.П. и др. Индикаторный состав для обнаружения места утечки хлора. Авторское свидетельство СССР № 1693417.
  • Агаев А.С. и др. (1986 г). Индикаторный состав для обнаружения утечек сероводорода. Авторское свидетельство СССР № 14113117.
  • Həşimova M. (1998). Qaz itkisinin yerini aşkar etmək üçün kimyəvi tərkib. Patent Az. Respub. № 980001.
  • Гаджиев Б.А. и др. (1986 г.). Способ предотвращения самовозгорания пирофорных отложений сульфида железа. Авторское свидетельство СССР № 1449138.
  • Ağamirzəyev R.A. və başq.№ İ2011 0084. Yanğının layaltı söndürülməsi üçün köpükləndirici tərkib. Azərbaycan Respublikasının patenti,.
  • Aslanov E. və başq. Təbii qazın qurudulması üşün absorbent. Azərbaycan Respublikasının patenti, № İ2008 0034.
  • Azad Azərbaycan. Müstəqil ictimai-siyasi qəzet - Sənayenin inkişafında Tofiq Quliyevin öz yeri var. 7 may, 2006-cı il № 66 (1021). səh. 3.
  • Cəmiyyət və ekologiya - Ziyalı ömrünün 65 illik yubileyi. № 7 (12-13)10 dekabr, 2003-cü il. səh. 6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Сеидов Н.М., Далин М.А. и др. Способ получения синтетических каучуков. 1970.
  2. Амирова Р.М. и др. Индикаторный состав для обнаружения места утечки газа (СО2). Авторское свидетельство СССР № 1747976.
  3. Гавжиев Б.Х. и др. Способ предотвращения самовозгорания пирофорных отложений сульфида железа. Авторское свидетельство СССР № 1449138. 1986 г.
  4. Моющий состав для очистки металлических поверхностей. Авт. Свид. СССР № 1249065. 1986.
  5. Пенообразующее моющее средство для очистки металлической поверхности. Патент РФ № 2053264. 1996.
  6. Индикаторный состав для определения места утечки газовой среды из изделий. Авторское свид. СССР №1483304. 1989.
  7. Индикаторный состав для обнаружения места утечки xлора. Авторское свид. СССР № 1693417.
  8. Индикаторный состав для обнаружения утечек сероводородасодержащиx газов . Авторское свидетельство СССР № 1635668.
  9. Индикаторный состав для обнаружения места утечки газа (CO2). Авторское свидетельство СССР№ 1747976.
  10. М.Османов и др. Химический состав для обнаружения места утечки газа. Авторское свидетельство СССР № 1762136 (1992 г.).
  11. Способ дезактивации пирофорных сульфидов железа. Автор сви-во СССР. № 1404462. 1986.
  12. Способ дезактивации пирофорных сульфидов железа. № 1404463. 1986.
  13. Способ предотвращения самовозгорания пирофорных отложений сульфида железа. № 1449138. 1986.
  14. Yanğın söndürmək üçün köpükləndirici tərkib. Azərbaycan Respublikasının Patenti, F120110096.
  15. Alovdan qoruyucu tərkib. Azərbaycan Respublikasının Patenti, № i2009146.
  16. Пенообразующий состав для тущения пожара. Патент Аз. Р. №2000024).
  17. Universal – mobil köpükəmələgətirici aqreqat. Azərbaycan Respublikasının Patenti F 2009–0006.
  18. Пенообразующий состав для тушения пожара. Патент Аз.Р. № 2000024).
  19. Состав для предотвращения выделения распространения сероводорода из нефти. Авт. Сви-во СССР № 1721881.
  20. Способ дегазации жидких углеводородов. Авт. Сви-во СССР № 1607868. 1990.