Tofiq Balo oğlu Vəkilov (1929, Naxçıvan – 6 oktyabr 1967, Bakı) — Ordubad rayonunun infrastrukturunun inkişafında kəndlərin elektrikləşdirilməsində xüsusi rol oynayıb.[1]
Tofiq Vəkilov | |
---|---|
Tofiq Balo oğlu Vəkilov | |
Doğum tarixi | 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 1967 |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Dini | islam |
Təhsili |
Tofiq Vəkilov 1929-cu ildə Naxçıvan şəhərində doğulub.[2] Naxçıvanda tibb məktəbini bitirdikdən sonra iki il tibb sahəsində çalışıb.[3] 1949–1953-cü illərdə Azərbaycan Dövlət Xalq Təsəsrrüfatı İnstitutunu bitirib. Bir müddət Naxçıvan MSSR plan komitəsində məsul vəzifədə işləmişdir. 1962–1964-cü ildə Ordubad rayon Partiya Komitəsinin Birinci katibi vəzifəsində çalışıb.[4] 1964–1967-ci illərdə Naxçıvan şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilib. 1967-ci ildə Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyətinin katibi vəzifəsinə təyin edilib. Xəstəliklə əlaqədar bir müddət Bakıda Respublika Müalicə Komissiyasında müalicə alır.[5] 6 oktyabr 1967-ci ildə 38 yaşında dünyasını dəyişib. Naxçıvan şəhər qəbiristanlığında dəfn edilib.