Tofiq Xismətov

Xismətov Tofiq Vəliyeviç — texnika elmləri doktoru

Tofiq Xismətov
Xismətov Tofiq Vəliyeviç
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Elmi dərəcəsi texnika elmləri doktoru
Mükafatları İ.M.Qubkin adına mükafat

Xismətov Tofiq Vəliyeviç 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə "Neft və qaz yataqlarının işlənilməsinin texnologiyası və kompleks mexanizasiyası" ixtisası üzrə AzNKİ-nu bitirdikdən sonra, Azərbaycan Nazirlər Sovetinin geologiya üzrə Hidrogeoloji ekspedisiya idarəsinin Mişovdağ qazıma sahəsində qazmaçı kimi işə götürülmüşdür. 1972-ci ildə "Orconikidzeneft" NQÇİ-də reagentlərin tətbiqi üzrə elmi-tədqiqat texnoloji laboratoriyasında böyük mühəndis işləmiş, sonra isə Serebrovski adına NQÇİ-nin "Xəzərdənizneft" İdarə Birliyinə keçirilmişdir. 1974-1978-ci illərdə ÜETNSİ-da (Moskva) aspirant olub. 1979-cu ildə "İşçi agentlərin filtrasiya axınlarının və vurma rejimlərinin qeyri-bircinsliyinin, subasmanın laydaxili yanma ilə birgə təsiri şəraitində, temperatur sahələrinin inkişafına təsirinin təcrübi tədqiqat" mövzusunda namizədlik, 1990-cı ildə isə "Neft yataqlarının işlənilməsi zamanı laydaxili oksidləşmə prosesləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1999-cu ildən ZAO "NTÜ QEOTEXNOKİN"-in (Moskva) baş direktorudur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Neft və qaz yataqlarının işlənilməsi sahəsində yüksək səviyyəli mütəxəssis kimi laydaxili aşağıtemperaturlu oksidləşmə proseslərinin təşkili vasitəsilə layda buxar qabıqlarının yaradılması nəzəriyyəsini işləyib və təcrübi əsaslandırıbdır, karbohidrogenlərin aşağıtemperaturlu oksidləşmə zonasının inkişafı dinamikasının keyfiyyətli mənzərəsini təsvir edib, yüksək temperaturlu oksidləşmə prosesinin aşağıtemperaturlu prosesə transformasiyasının yaranma prosesini tədqiq edib, keyfiyyətlərinə görə müxtəlif oksidləşmə proseslərinin kinetikasını və onların sıxışdırma göstəricilərinə təsirini öyrənib. Son illər ərzində, o Rusiyanın əsas neft hasilatı şirkətlərinin obyektlərində texnoloji həll və qurğuların işlənilməsi və sənaye tətbiqi üzrə, fəaliyyət sferasına praktiki olaraq yatağın kəşfiyyatından mənimsənilməsinə qədər bütün tsikl, o cümlədən geofiziki tədqiqatların kompleks interpretasiyası ilə birgə yeni texnologiyalarının realizə edilməsi daxil olan iri elmi-texnoloji holdinqi təşkil etmiş və rəhbərlik etmişdir; geoloji və hidrodinamiki modelləşdirmə; neft və qaz hasilatının intensivləndirilməsi; yataqların işlənilməsi monitorinqi; quyularda təmir-bərpa və ləğv edilmə işləri.

Xismətov T.V. 75-dən artıq elmi məqalənin müəllifidir. İxtiralara görə 5 müəlliflik şəhadətnaməsi və 12 patent alıb. 2002-ci ildə geofiziki tədqiqatların yüksək informativ texnologiyalarının işlənilməsi və tətbiqinə görə akad. İ.M.Qubkin adına mükafata layiq görülmüşdür.