Tokantins (port. Tocantins) — Cənubi Amerikanın şərqindən keçən, Braziliyanın Qoyas, Tokantins, Marayan ştatları ərazisindən axan çay. Çayın uzunluğu 2850 km təşkil edir[1].
Tokantins çayı | |
---|---|
port. Tocantins | |
Ölkə | Braziliya |
Uzunluğu | 2850 km |
Su sərfi | 11.364 m³/s |
Su hövzəsi | Atlantik okeanı |
Hövzəsinin sahəsi | 770000 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Başlanğıcını Marayan və Almas çaylarının birləşməsindən götürür. Mənbə Serra-Dorada silsiləsinin şərq ətəklərində yerləşir. Braziliya öndağlığından Braziliya düzənliyinə keçir. Dağlıq ərazilərdə astanalar müşahidə edilir. Düzənlikdə 350 km məsafədə naviqasiyaya yararlıdır. Ən böyük qolu Araquaya çayıdır. Əsasən yağışlarla qidalanır. Mart-aprel ayları gursululuq dövrüdür. Bu zaman suyun səviyyəsi 7–9 m qalxır. Orta su sərfiyyatı 16 300 m³/s-dir. Formal olaraq Tokantins-Araquaya çaylarını Amazona daxil etsələrdə ayrı sistemə malikdir. Hövzəsinin sahəsi 770 min. km²[2] təşkil edir.
Suyunun gücündən istifadə edilir. 2016-cı ildə üzərində beş bənd inşa edilmişdir ki, nəticədə Tukurui və Serra-da-Meza SES formalaşmışdır. Sahilində yerləşən şəhərlər: Usuasu, Portu-Nasiunal, Pedru-Afonnsu, Palmas, Mirasena-du-Tokantins, Karolina, Tоkantinopolis, İmperantis, Maraba, Tukurui. Zəngin flora və faunaya malikdir[3].