Tokarev binası - Rostov-na-Donu şəhəri ərazisində, Bolşoy Sadovnaya küçəsi, Çexov prospektində yerləşir. Binanın tikintisi 1905-ci ildə başa çatırılmışdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir[1].
Tokarev binası | |
---|---|
rus. Доходный дом Н.И. Токарева | |
47°13′24″ şm. e. 39°43′28″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1905 |
Memarlıq quruluşu | Memarlıqda eklektizm, neobarokko[d], neoklassisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Gəlirli bina 1905-ci ildə inşa edilmişdir. Ninamın sahibi rostovlu tacir və spirtli içkilər zavodunun sahibi Nikolayev İliç Tokarev olmumdur. İnqilaba qədər binada S. O. Babaxanov bakaleyası, Rus Teatral cəmiyyəti, «Yağ-Pendir» mağazası, apteklər üçün xüsusi qablar anbarı yerləşirdi.
Sovet hakimiyyəti qurulduqdan sonra digər binalar kimi bu bina da milliləşdirilmişdir. Bir müddət sonra binada şəhər uşaq xəstəxanı olur. Böyük Vətən müharibəsi dönəmində bina böyük zərər görmüşdür. 1945-ci ildə binanı Rostov-na-Donuda olmuş Uiston Çerçil və Klement Çerçil binanı ziyarət etmişdir. 1990-cı illərin sonlarında «Spesrestovrasiya» institutu tərəfindən bərpa edilmişdir. Bina arxitektor Y. N. Solnışkin layihəsi ilə bərpa edilmişdir. Hal-hazırda isə binada № 10 şəhər poliklinası yerləşir.
Bina üç mərtəbədən ibarətdir. Bolşoy Sadovnaya küçəsi, Çexov prospektində qərarlşır. Bina eklektik stilində inşa edilmişdir. Onun bəzək elementləri borokko və klassizm stilinə aiddir. İkinci mərtəbənin pəncərələri üçbucaq, üçüncü mərtəbənin kənarları isə dördküncdür.