Tokmar qalası

Tokmar qalası — Daşucu-Antalya avtomobil yolunun 22-ci km-də yerləşir. Tokmar qalası dənizə yaxın bir təpə üzərində inşa edilmişdir. Cənubi yalçın bir qaya ilə əhatə olunmuş qalanın şimalında müdafiə bürcləri vardır. XII əsrdə tikildiyi güman edilir.

Tokmar qalası
türk. Tokmar kalesi
36°15′23″ şm. e. 33°46′14″ ş. u.
Ölkə

{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
Yerləşir Daşucu-Antalya avtomobil yolunun 22-ci km
Aidiyyatı Səlib yürüşləri
Üslubu Bizans memarlığı
Tokmar qalası (Türkiyə)
Tokmar qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Tokmar adının haradan gəldiyi dəqiq bilinmir. Qalanın orta əsrlərdəki adı Latınca Castellum Novumoladır. Novum: fəlsəfədə "yeni fikir, yeni ideya, yeni axın" mənasındadır. "Yeni qala" mənasına yaxın olduğunu düşünülür. Tokmar qalasının digər bir adı isə mənbələrdə Norberd və ya Norpert olaraq qeyd olunur. 1198-ci ildə Tokmar və Silifke qalalarının rəhbəri Sevadios adını (Bu Yunan dilində Sebastos yəni Augustusdur) alan Heri adlı şəxsdir.

Qala yerləşdiyi mövqe etibarilə Göysu deltası və Daşucunu müşahidə edən bir mövqedədir. XII əsr tikilisi olan qalanın cənub qala divarları sıldırım qayalıqlar üzərində qurulubdur. Yarım dairəvi bürclərə malikdir. Bizans idarəçiliyindən sonra 1210-cu ildə St. Jan Cəngavərlərinin nəzarətinə keçmişdir. Qalanın dəniz ilə əlaqəsi Taxta limanı, Palaiai və ya Barbaros limanı adlandırılan girişlə təmin olunduğu düşünülür.

1994-cü illərdə Adana Qoruma Təşkilatı tərəfindən Tokmar qalası I dərəcəli arxeoloji abidə olaraq qeydiyyata alınmışdır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]