Tokofobiya

Tokofobia (ingiliscə: Tokophobia) və ya hamiləlik və doğuş qorxusu bu xüsusi fobiyanın təyin olunmuş adıdır. Buna "maleusiofobia"da deyilir (Bu söz "maieusiophobia" sözündəndir), yunanca "maieusis" "doğuş edən qadın" deməkdir (lakin adətən mamaçaya aiddir bu söz). Latın dilində "Parturiphobia" sözünün mənası ("parturire"), "hamilə olmaq" və ya "lockiophobia" deməkdir.

İbtidai və ikinci tokofobiya

[redaktə | mənbəni redaktə et]
  • İbtidai tokofobiya hamiləlikdən əvvəlki köklü doğuş qorxusudur və yeniyetməlik dövründə başlaya bilər. Bu, adətən öz analarının təcrübələri və ya məktəbdə öyrəndikləri biliklərlə formalaşan bir fobiyadır.
  • İkinci dərəcəli tokofobiya travmatik doğuş təcrübəsi, zəif mamaçalıq təcrübəsi, zəif tibbi xidmət, doğuşdan sonrakı depressiya və ya digər narahatedici hadisələr nəticəsində meydana gəlir.

Xəstələrin doğuşla bağlı bəzi reaksiyaları aşağıdakılardır:

"Həqiqət budur ki, içimdə yad bir şeyin böyüməsini iyrənc hesab edirəm."

"Doğuş haqqında çox düşünməyimin mənim mədəmi bulandırdığını söyləmək, mənim üçün çətin deyil".

"Bu, sadəcə olaraq psixoloji vəziyyət deyil, mən fiziki olaraq doğum və hamiləlikdən qorxuram".

"Hətta ətrafımdakı dostlarımdan birinin hamilə olduğunu eşidəndə mən əziyyət çəkirəm və hətta doğuşla bağlı hər hansısa bir şeyi izləməyə yaxud da, dinləməyə belə dözə bilmirəm".