Tolerantlıq paradoksu[1][2] — 1945-ci ildə Karl Popper tərəfindən təklif edilən qərar nəzəriyyəsində məntiqi paradoks. O, iddia edir ki, qeyri-məhdud tolerantlıq tolerantlığın yox olmasına gətirib çıxarır, çünki qeyri-tolerantlığa tolerantlıq birincinin geniş yayılmasına gətirib çıxarır. Nəticə etibarilə, tolerantlığın qorunması qeyri-toleranta qarşı qeyri-tolerant münasibət tələb edir ki, bu da öz növbəsində qeyri-tolerantlığın tərifinin sərhədlərini bulandırır.[3] Zorakılığın yolverilməzliyi ilə bağlı oxşar paradoks var ki, zorakılığın mütləq qadağan edilməsi zorakılığın qarşısının alınmasının qeyri-mümkünlüyünə gətirib çıxarır.
Tolerantlıq paradoksundan belə nəticəyə gəlmək olar ki, tolerantlıq xəttini çəkmək cəhdləri uğursuzluğa məhkumdur. Bu, "özümüzünkü" və "qeyri-tolerant" arasındakı sərhədin çəkilməsinə gətirib çıxarır. Tolerantlıq anlayışının özündə məntiqi bir paradoks var. Bunu aradan qaldırmaq üçün tolerantlığı davranış norması kimi inkar edənlərə qarşı qeyri-tolerant olmaq ilə bəzi hallarda tolerantlığı inkar edən, lakin ümumilikdə bunu zəruri hesab edənlərə qarşı qeyri-tolerantlıq arasında fərq qoymaq lazımdır.[3]