Toluolsulfoturşular

Toluolsulfoturşular — CH3C6H5-n(SO3H)n, — rəngsiz, çox hidroskopik, havada yayılan, suda, spirtdə, asetonda həll olan, dietil efirində həll olmayan maddələrdir. Onların əksəriyyətinin dəqiq ərimə temperaturu yoxdur, ona görə identifikasiyaları üçün onların efirləri, xloranhidridləri və yaxud amidləri istifadə olunur (bax. Toluolsulfoxloridlər, Toluol-sulfonidlər). tərkibində bir sulfoqrupu olan (f-l-düstur-1) toluolsulfoturşular və toluol-2,4-disulfoturşu praktiki cəhətdən əhəmiyyətlidir.

Növləri[redaktə | mənbəni redaktə et]

n-toluolsulfoturşu(toluol-n-sulfoturşu) – molyar kütlə — 172,20, ərimə temperaturu – 350C, (monohidrat və trihidrat üçün müvafiq olaraq 104 və 930C), qaynama temperaturu – 1400C/20 mm/c.s., o-toluolsulfiturşu – havada yayılır (şişir), ərimə temperaturu 1480C olan dihidrat yaradır, m-toluolsulfoturşu – rəngsiz mayedir; toluol-2,4—disulfoturşu, molyar kütlə — 252,27; ərimə temperaturu 560C, diamidin ərimə temperaturu – 190–1910C.

Xassələri[redaktə | mənbəni redaktə et]

Toluolsulfoturşular – H2SO4 ilə müqayisə olunacaq dərəcədə güclü turşulardır. PCl5, SOCl2, SO2Cl2 və ya başqaları ilə qarşılıqlı təsir nəticəsində sulfoxloridlər, qələvi mühitdə isə spirtlərlə mürəjkkəb efirlər əmələ gətirirlər. Qələvilərlə əritmə zamanı sulfoqruplar hidroksillə əvəz olunur; KSN ilə qızdırıldıqda (2000C-dən yuxarı), nitrillər alınır. Monosulfoturşuların oleumla sulfolaşması disulfoturşular əmələ gətirir; sonrakı trisulfoturşuların alınmasına gətirib çıxaran sulfolaşma reaksiyası yüksək qatılıqlı oleum ilə 3000C-yə qədər qızdırıldıqda mümkün olur. Mineral turşu iştirakı ilə n-toluolsulfoturşusunun su məhlullarının 1800C-də qızdırılması toluol və H2SO4-ə parçalanmasına, KMnO4-ün oksidləşməsi isə onun sulfobenzoy turşusuna çevrilməsinə gətirir (səbəb olur). n-Toluolsulfoturşusunun efir və duzları tozilatlar adlanır.

Efirlər[redaktə | mənbəni redaktə et]

Efirlər – rəngsiz kristallardır, metil efiri – molyar kütlə — 186,22; ərimə temperaturu – 28–290C; qaynama temperaturu 1610C/10 mm civə sütunu; etil efiri — ərimə temperaturu 34–350C; qaynama temperaturu – 1730C/15 mmcivə sütunu; suda həll olmurlar, etanol, dietil efirdə, benzolda, asetonda rahat (asan) həll olurlar; üzvi sintezdə alkilləşmə agentləridir. Sənayedə n-toluolsulfoturşusunu toluolun qatı H2SO4 ilə 1700C-də sulfolaşması yolu ilə alınır Na duzu halında ayırırlar. Əlavə məhsullar – o- və m-toluolsulfoturşular. n-krezolun, azoboyaların, lakların və turşu qələvilərə qarşı dayanıqlı (davamlı) sürtkülərin istehsalında aralıq məhsuldur; üzvi sintezdə effektli turşu katalizatorudur; toluol-2,4-disulfoturşu – boya istehsalında aralıq məhsuldur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Джидберт Э.Е. Сульфирование органических соединений, ingilis dilindən tərcümə, М., 1969, Ulimanus Encyclopedic, 4 Aufi., Bd. 8, Weinheim, 1974, p. 422.