Tonye Skinnarland (norv. Tonje Skinnarland; d. 21 dekabr 1967) — Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri; Norveç ordusunun general-mayoru[1].
Tonye Skinnarland 21 dekabr 1967-ci ildə anadan olmuşdur.
Skinnarland 2016-cı ilin oktyabrından Per-Egil Rüqqün ölümündən sonra faktiki olaraq Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri vəzifəsini tuturdu[1]. 2017-ci ilin yanvarında Norveç Krallığının Dövlət Şurası onu rəsmən bu vəzifəyə təyin etmişdir[1]. Beləliklə 49 yaşlı Tonye Skinnarland Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri təyin olunan ilk qadın olmuşdur[1].