Hündürlüyü 2 m-ə qədər olan, gövdəsi uzun,budaqlanan, dırmaşan; pulcuqşəkilli yarpaqlarının qoltuğunda sapşəkilli kladodlarəmələ gələn çoxillik bitkidir. Kökümsovları güclü və şaxələnəndir.[1]
Kladodların uzunluğu 2 sm-ə qədərdir,gövdə üzərində dəstə şəklində oturmuş,çoxsaylıdır, dəstədə 20 ədədə qədərdir, budaq üzərində isə 3-6 ədəd və daha çoxdur, sivri üç tinli və parlaqdır, kənarları xırda dişlidir.
Çiçəkləri sonuncu sıradakı budağın ucunda yerləşmişdir.
Giləmeyvələri qırmızı və ya qırmızımtıl-qara rəngdədir, dəyirmidir, diametri 4-5 mm-ə yaxındır.
May
May-İyun
Azərbaycanın bütün rayonlarında. Ovalıqdan orta dağ qurşağına qədər.
Kolluqlarda, meşələrdə,bağlarda, yarğanlarda, daşlı yerlərdə,qumluqlarda, çay və kanalların sahilində rast gəlinir.
Cavan zoğları qidada istifadə olunur.
Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. |