Topoqrafik xəritə — iri miqyasda tərtib olunan coğrafi xəritə.
Xəritə vərəqində kartoqrafik təsvirin, əlavə məlumatların və başqa elementlərin yığcam şəkildə yerləşdirilməsinə xəritənin kompanovkası deyilir.
Obyektlər topoqrafik xəritələrdə aşağıdakı kimi müxtəlif rənglərlə və işarələrlə təsvir olunur:
- Su obyektləri – hidroqrafik obyektlər (göllər, su anbarları, sahil xətləri, çaylar, kanallar, bulaqlar və s.) mavi rənglə;
- Bitki örtüyü yaşıl rənglə (hətta meşənin çeşidi (qurumuş, cavan və s.) tərkibi (enli iynəyarpaq) şərti işarələrlə, meşədə üstünlük təşkil edən ağacların adı isə ixtisarla verilir);
- Qrunt işarələri topoqrafik xəritələrdə bataqlığın, şoranlığın və qumluqların şərti işarələri ilə göstərilir.
- Yaşayış məntəqələri - şəhər, qəsəbə, kəndlər daimi və müvəqqəti yaşayış yerlərinə bölünməklə təsvir olunur.
- Yollar və rabitə vasitələri topoqrafik xəritələrdə xətti və miqyassız şərti işarələrlə təsvir olunur.
- Relyef horizontallarla təsvir olunur[1].
Məzmunu, müfəssəlliyi və həndəsi baxımdan yüksək dəqiqliyi ilə fərqlənir. Topoqrafik xəritə icmal topoqrafik, xüsusi (həqiqi) topoqrafik və topoqrafik planlara bölünür:
- Kiçik miqyaslı topoqrafik xəritə - 1:1000000, 1:500000, ikinci qrupa 1:200000, 1:100000
- Orta miqyaslı topoqrafik xəritə1:500000, 1:25000
- İrimiqyaslı Topoqrafik xəritə 1:10000, 1:5000 həm də bu xəritələr 1:2000, 1:1000, 1:500 miqyaslı xəritələr aid edilir.
Topoqrafik xəritənin coğrafi məzmununa bütün təbii və sosial iqtisadi obyektlər daxildir. Bütün obyektlər qəbul edilmiş şərti işarələrlə göstərilir. Topoqrafik xəritədən xalq təsərrüfatında, elmi işlərdə və hərbi məqsədlə istifadə olunur.[2]