Toparkov — Komandor adalarına daxil olan ada. İnzibati cəhətdən Kamçatka diyarı Aleut raroyu ərazisində yerləşir. Sahəsinə görə arxipelaqın dördüncü adasıdır. Orta hündürlüyü 9 metrdir. Ada demək olar ki, dairəvi formaya malik olub 1 km diametrə malikdir. Sahəsi 0,5 km² təşkil edir. Berinq adasından 4 km qərbdə yerləşir. Ən hündür nöqtəsi 16 metrdir. Ada şirin su mənbəyindən məhrumdur.
Toparkov | |
---|---|
rus. Топорков | |
Ümumi məlumatlar | |
Sahəsi | 0.5 km² |
Hündür nöqtəsi | 16 m |
Əhalisi | 0 nəfər |
Yerləşməsi | |
55°12′12″ şm. e. 165°55′55″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
Adada çoxlu sayda quş növləri yuva qurur. 1983-ci ildən ada qorunma statusuna malik olaraq Komandor dövlət təbiət qoruğu ərazisinə daxildir.