Achillea filipendulina Lam.
Çoxillik, 30-100 sm hündürlükdə, sarımtılyaşıl, sıxtüklü bitkidir. Gövdəsi adətən tək və düzdür. Yarpaqları iri, hər iki tərəfdən sıx tüklü, uzunsov-lansetvari, lələkvari bölünmüş, seqmentləri uzunsov-lansetvari, yarpaqları yuxarı gövdəyə doğru azalandır. Səbətləri uzunsov-tərskonusvari, 4,5-5 mm uzunluqda, 2-3 mm enində, mürəkkəb budaqlanan qalxanvari çiçəkqrupunda toplanıb. Qını sarımtıl və tükcüklü,yarpaqcıqları uzunsov-lansetvaridir. Dilcikşəkilli çiçəklər parlaq sarı rəngli, qısa büküşlü və ya ancaq boruşəkillidir. Toxumcaları tərsyumurtavari-uzunsov, çılpaq, 1-1,5 mm uzunluqda, 0,5 mm enindədir.[2]
Hündürlüyü 30-100 sm, gövdəsi adətən tək, düz, şırımlı, əsası qismən xovlu-tüklü, yuxarı hissədə səpələnmiş xırda tükcüklü və yaxud çılpaq, aşağı hissədə isə sıx yarpaqlamış
sarımtıl-yaşıl rəngli çoxillik ot bitkisidir.
Yarpaqları iridir, hər iki tərəfdən basıq tüklü, görünüşünə görə qismən enli uzunsov-neştərvaridir, lələkvari-bölünmüş-dür; yarpağın seqmentləri yastı, uzunluğu 6-17
mm, eni 2-6 mm-dir, uzunsov-neştər-varidir, küttəhərdir, kənarları kəsilmiş və küt-dişlidir; gövdə boyunca yuxarıya getdikcə yarpaqlar tədricən azalır, lap yuxarı yarpaqlar (1-2)
kəskin azalandır, tamkənarlı və xətvaridir.
Səbət uzunsov-əksinəkonusşəkilli-dir, uzunluğu 4,5-5 mm, eni 2-3 mm, mürəkkəb budaqlanmış qalxanvari çiçək qrupunda toplanmışdır. Qın sarımtıldır, tükcüklüdür.
Qının yarpaqcıqları uzunsov-lansetvari və sivridir. Dilcikşəkilli çiçəklər parlaq-sarı rənglidir, qısa büküşlü və ya çiçəklər yalnız
boruşəkillidir, uzunluğu 0,5 -1 mm-dir.
Toxumları əksinəyumurtavariuzunsovdur, sivri kənarları var və çılpaq-dır, uzunluğu 1-1,5 mm, eni 0,5 mm-dir.
May-Sentyabr.
Avqust-Sentyabr.
Azərbaycanın bütün rayonlarında, nadir hallarda Kür-Araz oval. Ovalıqdan orta dağ qurşağına, bəzən yuxarıya qədər.
Kolluqlarda, yolların kənarında, əkin sahələrinin kənarında, dağ cəmənliklərində, çınqıllı yerlərdə rast gəlinir.
Yerüstü hissələrinin tərkibində efir yağı və alkaloid vardır. Yeni otlardan alınmış essensiya homeopatiyada istifadə olunur.
BQ bütün rayonlarında arandan orta, nadir hallarda yuxarı dağ qurşağına qədər yayılmışdır. Kolluqlarda, yol kənarlarında, əkin sahələrinin kənarlarında, çınqıllı sahələrdə, dağ çəmənlərində bitir.[3]
Bitki haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |