Torlu iridodiktum

Torlu iridodiktum (İridodictyum reticulatum (Bieb.) Rodionenko (İris reticulata Bieb.))[1] - süsənkimilər fəsiləsinə aid bitki növüdür.

Torlu iridodiktum
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Bu məqalə Torlu süsən məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. [2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Hündürlüyü 10-20 sm –dir. Soğanağı yumurtavari, 1,5-2,5 sm enində, xaricdən qəhvəyi və boz-qəhvəyi qınla örtülmüşdür. Təpə hissədə qısa saplaqlı 1 çiçəyi var. Yarpaqları 2-4, yaşıl nazik, dördtilli, ağımtıl, iti ucludur. Çiçəkyanlığının borucuğu bir neçə dəfə yumurtalıqdan uzundur. Çiçəkyanlığı 3,5 -3 sm uzunluğunda, iyşəkilli, bənövşəyi, xarici tərəfdən uzununa parlaq-sarı zolaqlı və dairəvi, təpə hissədən horizontal tünd –bənövşəyi damarlıdır. Qutucuq silindrik, hər iki tərəfdən sıxılmışdır. [3][2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü mart—aprel ayına təsadüf edir. Kriptofit (geofit) bitkidir. Arandan aşağı dağ qurşağına kimi kolluqlararası, meşə kənarı və otlu yamaclarda Muscari leucostomum,ç Bellevalia albana, Scilla sibirica, Gagea taurica, Arum elongatum bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir. Dekorativ və boyaq bitkisidir. [3] [4] [5]

Yayılması[redaktə | mənbəni redaktə et]

Kolluqların arasında, meşə kənarlarında və otlu yamaclarda bitir.[6] Böyük Qafqazın Quba hissəsi (Altıağac qəsəbəsi ətrafında), Samur-Dəvəçi və Kür-Araz ovalıqları, Kür düzənliyi, Qobustan, Diabar, Bozqır yaylası, Xəzəryanı ovalıq (Xızı rayonu). [3] [4] [7] [8]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur. Populyasiyalarının sayı azalır. [8]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (intensiv otarılma, xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması və dekorativ bitki kimi toplanması).

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, soğanaq və toxumlarının toxum bankında saxlanılması, bərpasını təmin etmək, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
  2. 1 2 "Arxivlənmiş surət". 2017-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.
  3. 1 2 3 Флора Азербайджана, 1952
  4. 1 2 Аzərbaycan SSR-in Qırmızı kitabı, 1989
  5. Qasımov M.Ə., Qədirova G.S., 2009
  6. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  7. Ибадлы О.В. 2005
  8. 1 2 Mehdiyeva N.P., Qaraxani P.X., Mustafayeva S.C., Kərimov V.N., 2013