Toronto Metropolitan Universiteti (TMU) — Kanadanın Toronto şəhərində ictimai tədqiqat universiteti.
Toronto Metropolitan Universiteti TMU, RU | |
---|---|
Toronto Metropolitan University | |
Əsası qoyulub | 1948 |
Tələbə sayı | 25.100 |
Ölkə | |
Sayt | torontomu.ca |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetdə 7 akademik bölmə/fakültə fəaliyyət göstərir:
Universitetdə həmçinin G. Raymond Şang Davamlı Təhsil məktəbi xidmət göstərir. Məktəb 400-dən çox kurs təklif edir.[2]
Əksər fakültələr daha kiçik şöbələrə və məktəblərə bölünür.[3]
Universitet Kanada Universitetləri və Beynəlxalq Universitetlər Assosiasiyası kimi bir sıra Milli və Beynəlxalq təhsil təşkilatlarının üzvüdür.[4][5] Universitetin Biznes məktəbi həmçinin Biznes Məktəblərini İnkişaf etdirmə Assosiasiyası tərəfindən akkreditə olunub.[6]
Universitet 1948-ci ildə Kanadanın qərbində Dövlət məktəbləri və Müəllim kollecləri sisteminin inkişafında böyük rolu olan Egerton Rayersonun adını daşıyan Rayerson Texnologiya İnstitutu kimi təsis edilmişdir. 1964-cü ildə müəssisə əyalət qanunvericiliyinə uyğun olaraq yenidən təşkil edildi və Rayerson Politexnik İnstitutu adlandırıldı. Bu ad altında quruma 1970-ci illərdə məhdud dərəcələrin verilməsi səlahiyyətləri verilmişdir. 2002-ci ildə universitet aspiranturasını açdıqdan bir neçə il sonra Rayerson Universiteti adını qəbul etdi. 2022-ci ildə universitet Toronto Metropolitan Universiteti adlandırıldı.
Universitetin mərkəzi kampusu Toronto şəhərinin mərkəzindəki Qarden rayonunda yerləşir.
Kampusdakı parkların, meydanların və yaşıl sahələrin əksəriyyəti universitetə məxsusdur, baxmayaraq ki, bu ərazilərə giriş ictimaiyyət üçün də açıqdır.
Universitet 40-dan çox binanı idarə edir.[7] Kampusa müxtəlif memarlıq dövrlərinə aid bir çox bina daxildir. 1848-ci ildə tikilmiş Oakham House və universitetin ən yeni binası olan Dafne Kokvell Sağlamlıq Elmləri Kompleksi 2019-cu ildə açılıb.[8]
Binaların çoxu XX-ci əsrin ortalarında Brutalist memarlıq üslubunda tikilmişdir. XXI-ci əsrin əvvəllərində universitet şəhərciyi əhəmiyyətli dərəcədə genişləndi: 2000-ci ildən 2019-cu ilə qədər universitetin ümumi sahəsi demək olar ki, iki dəfə artdı.
Toronto Metropolitan Universitetinin Kitabxanası universitetin əsas akademik kitabxanası kimi xidmət edir. Kitabxana 11 mərtəbəli Brutalist üslublu binada yerləşir.[9] 2012-ci ilə olan məlumata görə, kitabxananın kolleksiyasına 522.000-dən çox kitab, 836.000-dən çox mikroforma elementi daxil edilib və elektron resurslara, o cümlədən elektron kitablara, seriallara və daxil olan bazasına çıxış təmin edilib.[10]
2015-ci ildə kitabxana binasının yanında Tələbə Tədris mərkəzi tikilmişdir.
İmage Center[11] — Şəkil mərkəzi — kampusda yerləşən şəkil muzeyi kimi xidmət edən və Təsviri İncəsənət məktəbinin yerləşdiyi kompleksdir.[12] Mərkəzdə həmçinin universitetin foto kolleksiyası üçün ofislər, seçim otaqları və anbarlar var. Şəkillər iqlimə nəzarət edilən xüsusi otaqlarda saxlanılır.[13]
Universitet Qubernatorlar şurası və əyalət qanunvericiliyi, Toronto Böyükşəhər Universiteti Aktı ilə səlahiyyət verilmiş senatla ikipalatalı sistem altında fəaliyyət göstərir.[14] Universitetin idarə heyəti universitetin işlərinin, o cümlədən əmlakın, habelə gəlirlərin idarə edilməsinə cavabdehdir.[15] Rəhbərlər şurası universitetin rektoru, universitetin prezidenti, universitetin məzunları tərəfindən seçilən 3 üzv, universitetin professor-müəllim heyəti tərəfindən seçilən 3 üzv, tələbə kollektivi tərəfindən seçilən 3 üzv və inzibati heyət tərəfindən seçilən 2 üzv daxil olmaqla 24 üzvdən ibarətdir.
Universitet bir sıra elmi tədqiqat fəaliyyətləri ilə məşğul olur. 2021-ci ilin fevralına olan məlumata görə, universitet və onun fakültələri tərəfindən idarə olunan 37 tədqiqat mərkəzi və institutu var idi.[16]
2018-19-cu illər ərzində universitet Kanada Tədqiqat Kafedralarının ayrılması, universitet tədqiqat dəstəyi üçün 3 şuradan 17,1 milyon dollar aldı. Bunların əksəriyyəti Kanadanın Təbiət Elmləri və Mühəndislik Araşdırma Şurası tərəfindən təmin edilmişdir.[17]
Universitet həmçinin Hökumətin müxtəlif səviyyələrində tədqiqatları dəstəkləmək üçün 49,6 milyon dollar toplaya bildi.[18] Həmin il universitet müxtəlif əlaqəli sənayelərdən və Qeyri-hökumət təşkilatlarından tədqiqat dəstəyi üçün 13,2 milyon dollar toplamışdı.[19]
Universitetdə tələbə qəzetləri və kampus radiostansiyası da daxil olmaqla, tələbələr tərəfindən idarə olunan bir neçə media orqanı mövcuddur. Met Radio kimi də tanınan CJRU, 2016-cı ildən bəri Toronto Metropolitan Universiteti üçün qeyri-kommersiya və icma radiostansiyası kimi xidmət edir.[20]
The Eyeopener 1967-ci ildən universitetdə nəşr olunan tələbə qəzetidir.[21] Jurnalistika tələbələri həmçinin jurnal və qəzet nəşr edirlər.[22][23]
Universitetin Jurnalistika İcmalı 1984-cü ildə Jurnalistika məktəbi tərəfindən təsis edilib və Kanadada jurnalistikanın keyfiyyətini araşdırır.[23]