Torpağın formalaşdığı dağ süxurları torpaqəmələgətirən və ya ana süxurlar adlanır. Torpaqəmələgətirən süxurları mənşəyinə, tərkibinə, quruluşuna və xassələrinə görə fərqləndirirlər. Yerin bərk qabığı və ya litosfer maqmatik, metamorfik və çökmə süxurlardan ibarətdir.
Maqmatik süxurlar litosferi təşkil edən süxurların 95 %-ni təşkil edir. Lakin onlar nadir hallarda, əsasən dağlıq ərazilərdə torpaqəmələgətirən süxurları təşkil edir.
Metamorfik süxurlar – törəmə bərk kristal süxurlar olub, yerin dərinliklərində yüksək temperatur və ya təzyiq altında maqmatik və çökmə süxurlardan yaranmışdır.
Çökmə süxurlar – bərk kristal süxurların və ya müxtəlif orqanizmlərin qalıqlarının aşınma məhsullarıdır. Onlar üç qrupa bölünürlər: qırıntı çöküntülər, kimyəvi çöküntülər və biogen çöküntülər.[1]