Torpaq (film, 1988)

Filmin mövzusu humanist prinsiplər üzrə yaşayan hər bir kəsi düşündürür. Kinolentdə söhbət yaxın vaxtlara qədər Ermənistanda yaşamış, indi isə öz doğma ev-eşiyindən qovulmuş iki yüz min azərbaycanlının acı taleyindən gedir. Bu adamlar öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar.

Torpaq
Fayl:Torpaq (film, 1989).jpg
Janr sənədli film
Rejissor Vaqif Azəryar
Ssenari müəllifləri Toğrul Cuvarlı
Qismət Babayev
Operator Amin Novruzov
İstehsalçı "Debüt" Yaradıcılıq Birliyi
İlk baxış tarixi 1988
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1989
Texniki məlumatlar 2 hissə
550 metr
35 mm
Rəng rəngli

Filmdə Alim Qasımovun ifasında M.Ə. Sabirin "Bizdə bu soyuq qanları neylərdin, İlahi" şeri zəminxarə muğamı üstündə səslənir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor-Debütant: Vaqif Azəryar
Ssenari müəllifi: Toğrul Cuvarlı, Qismət Babayev
Operator: Amin Novruzov
Səs operatoru: Şamil Kərimov
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]