Torpaq vergisi

Maddə 1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. Torpağa görə haqq torpaq vergisi və icarə haqqı şəklində alınır.

Torpaq mülkiyyətçilərindən, torpaq sahiblərindən və torpaq istifadəçilərindən (icarədarlar istisna olmaqla) hər il torpaq ver-kisi tutulur.

İcarə haqqının məbləği tərəflərin razılığı ilə müəyyən edilir.Torpaq

Bu Qanunun 22-ci maddəsində nəzərdə tutulan məqsədlər üçün torpaqların normativ qiyməti müəyyən edilir.

Maddə 2. Torpaq vergisinin tətbiqindən məqsəd torpaqdan səmərəli istifadəni təmin etmək, torpaqların keyfiyyətini və münbitliyini artırmaq, onları mühafizə etmək, dövlət torpaq kadastrı və yer quruluşu tədbirlərini həyata keçirmək üçün vəsaiti səfərbər etməkdir.

Maddə 3. Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi bu Qanunla, habelə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir.

Azərbaycan Respublikasının ərazisində başqa dövlətlərin, yaxud Azərbaycan Respublikasının başqa dövlətlərlə birgə ehtiyac-ları üçün istifadə olunan torpaq sahələrinə görə vergi dövlətlər-arası müqavilələrlə tənzimlənir. Belə müqavilələr olmadıqda torpaq vergisinin tutulması ümumi qaydada həyata keçirilir.

Maddə 4. Torpaq vergisi torpağın keyfiyyətindən, yerindən və su təchizatından asılı olaraq müəyyənləşdirilir.

Torpaq vergisi torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin və torpaq istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpağın sahəsinə görə sabit ödəniş şəklində hesablanır.

Torpaq istifadəçilərindən asılı olmayan səbəblər üzündən təsərrüfatçılıq şəraiti dəyişdikdə torpaq vergisinin dərəcələrinə Azərbaycan Respublikası, hökumətində təqdimatı ilə Ali Sovet tərəfindən yenidən baxılır.          

Maddə 5. Vergi tutulan torpaqlar aşağıdakılardır:

kənd təsərrüfatı təyinatlı torpaqlar;

yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) yerləşdiyi torpaqlar;

sənaye, tikinti, nəqliyyat, rabitə və başqa təyinatlı torpaqlar;

sağlamlıq və istirahət təyinatlı torpaqlar (dövlət büdcəsindən maliyyələşdirilən obyektlərin yerləşdiyi sahələr istisna olmaqla);

meşə torpaq fondunda meşə təsərrüfatı məqsədləri üçün istifadə olunmayan torpaqlar;

su torpaq fondunda su təsərrüfatı məqsədləri üçün istifadə olunmayan torpaqlar.