Torpedo gəmisi

Torpedo gəmisi — torpedoları döyüşdə daşımaq üçün hazırlanmış nisbətən kiçik və sürətli bir döyüş gəmisidir.

Torpedo gəmisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ən erkən dizaynlar bomba yüklü bir torpedonun gəmidə aparılaraq digər gəmiyə çırpılmasına əsaslanır. İkinci nəsil dizaynlar isə torpedo borularından özüyeriyən torpedaları işə sala biləcək sistemlərdir. (Bu növ torpedonu dünyada ilk dəfə istifadə edən sualtı qayıq Əbdülhəmid sualtı qayığı olub.) Torpedo gəmiləri sürət və çeviklik baxımından ondan daha ağır və yavaş döyüş gəmilərini məhv etmək üçün hazırlanmışdır. Bir sıra ucuz qayıq və gəmilərdən ibarət torpedo qayıqları, güclü silahlanmış və bahalı döyüş gəmilərinə qarşı uğur qazandı. Bu şəkildə ucuz bir torpedo gəmilərindən ibarət olan donanma özünün kiçik ölçüləri və məhdud yanacaq tutumuna görə yalnız kiçik sahilboyu əraziləri özündən çox daha böyük və daha bahalı donanmalara qarşı uğurla müdafiə edə bilirdi.

19-cu əsrin sonlarında sürətli torpedo gəmilərinin tətbiqi dövrün dəniz qüvvələri üçün ciddi narahatlıq yaratdı. Buna cavab olaraq böyük gəmilərdən ibarət donanmalar təhlükəyə qarşı kiçik gəmilərlə təchiz edilməyə başlanıldılar. Əslində bunlarda qarşılaşdıqları torpedo gəmilərinə bənzəyirdiləe, lakin torpedonun əvəzinə bunlarda yüngül silahlar quraşdırılmışdı. Dizaynlar və ehtiyaclar yaxşılaşdıqca "torpedo gəmisi destroyeri" istehsal edilməyə başlanıldı. Bu gəmi sonradan zamanla inkişaf etdi və bugünkü müasir destroyerə çevrildi. Torpedo qayıqları da inkişaf edərək müasir idarə edilə bilən raketlərlə təchiz edilmiş raket katerlərinə çevrildi. Bu gün bu sinif "Sürətli hücum gəmisi" (ing."Fast Attack Craft" (FAC)) adlanır