Torre Espacio — İspaniyanın paytaxtı Madriddə yerləşən, hündürlüyü 230 metr və 57 mərtəbədən ibarət olan göydələn, hal-hazırda Madridin dördüncü ən hündür binadır.
Torre Espacio | |
---|---|
40°28′44″ şm. e. 3°41′12″ q. u. |
|
Yeri | Madrid |
Tikilmə tarixi | 2008 |
Hündürlüyü | |
Dam | 230 m |
Ən üst mərtəbə | 224,15 m |
Texniki göstəriciləri | |
Mərtəbə sayı | 57 |
Daxili sahəsi | 56 259 m² |
Lift sayı | 27 |
Xəritədə yeri | |
SkyscraperPage səhifəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ildəki siyahıya alınmaya görə Avropanın ən hündür binaları siyahısında 24-cü, İspaniyanın ən hündür binaları siyahısına görə isə 4-cü yerdə idi.
Binanın tikilişi 2004-cü ildə başlamışdır: bu göydələn dörd çoxmərtəbəli bina komleksindən birincisidir. Tikili hal-hazırda "Dörd qüllə" adlandırılır.
4 sentyabr 2006-cı ildə tikilməkdə olan göydələndə 42 və 43-cü mərtəbələrində yanğın baş verir, ölən və xəsarət alanlar olmur, bina isə bir qədər zərər görür.
2006-cı ilin noyabr ayında Torre Espacio hündürlüyü ilə Gran Hotel Bali göydələnini üstələdi və İspaniyanın ən yüksək binası oldu.
Lakin bir neçə aydan sonra Torre Espacio - Torre PwC (236 metr), Şüşəli qüllə (249 metr) və Bank Tower (250 metr, 2008-ci ildən bu günə qədər İspaniyanın ən yüksək binası) inşası ilə əlaqədar olaraq bu üstünlüyünü itirdi. Binanın açılışı 20 mart 2007-ci il tarixində baş tutdu.