Torres-de-Santa-Krus

Torres-de-Santa-Krus (isp. Torres de Santa Cruz) — əkiz qüllələr olan bir cüt göydələn. Göydələnlər Santa Kruz de Tenerife (Kanar adaları, İspaniya yerləşir). İlk göydələn 2004-cü ildə, ikincisi isə 2006-cı ildə inşa edilmişdir.

Torres-de-Santa-Krus
Torres de Santa Cruz

28°27′22″ şm. e. 16°15′20″ q. u.HGYO


Yeri Santa-Krus-de-Tenerife
Tikilmə tarixi 2006
Texniki göstəriciləri
Mərtəbə sayı 35
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hər bir göydələnin hündürlüyü 120 metrdir (damlarında yerləşdirilmiş antennaları nəzərə almadan); bu göstəricisinə görə əkiz qüllələr təkcə Kanar adalarının deyil, bütün İspaniyanın ən hündür əkiz qüllələridir. Yaşayış binaları arasında isə onlar hündürlüyünə görə İspaniyada üçüncü yerdədir.

Binaların sahəsi 41 753 m²-dir, bundan 9613 m² — yerin altında, 32 140 m² — yerin üzərində yerləşir.

Bu binalar kompleksinin maraqlı özəlliklərindən biri odur ki, onlar müxtəlif vaxtlarda müxtəlif şirkətlər tərəfindən inşa edilmişdir. Birinci bina (2004-cü il) Ferrovial, ikinci bina (2006-cı il) isə Candesa şirkəti tərəfindən inşa olunmuşdur. Tikinti işləri Kanar adalarından olan memar Xulian Vallyadaresin layihəsi əsasında aparılmışdır.

Auditorio de Tenerifenin yaxınlığında yerləşən bu binalar şəhərin simvollarından biri hesab olunur.

  • Torres-de-Santa-Krus əkiz binaları şəhərdə və bütün Kanar adalarında ən hündür göydələnlərdir.
  • 2004-2010-cu illərdə - İspaniyada ən hündür yaşayış binaları olmuşlar, 2011-ci ildən bu göstəriciyə görə 3-cü yerdədirlər.
  • İspaniyadakı ən hündür əkiz qüllələrdirlər (Puerta de Europa-dan 6 metr daha hündürdürlər)
  • Bu əkiz qüllələr Kanar adalarında damında antennalar quraşdırılmış ilk binalardırlar.
  • Eləcə də bu binalar İspaniyanın Piriney yaramadasından kənarda yerləşən yerləşən torpaqlarında ən hündür binalardırlar.
  • Bu əkiz qüllələr Kanar adalarının İspaniyanın ən hündür göydələnləri siyahısına daxil olan ilk binalarıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]