Tortum şəlaləsi

Tortum şəlaləsi (türk. Tortum Şelalesi) — Ərzurumun Tortum ilçəsində Tortum gölü üzərində yer alan şəlalə.[1]

Tortum
türk. Tortum
Ümumi məlumatlar
Hündürlüyü 48 m
Eni 22 m
Çay Tortum çayı
Yerləşməsi
40°39′36″ şm. e. 41°40′12″ ş. u.
Ölkə  Türkiyə
Tortum xəritədə
Tortum
Tortum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəlalənin yerləşdiyi bölgədə ziyarətçilər üçün gəzinti sahəsi və şəlalənin üzərində dəmir barmaqlıqlı balkon vardır. Şəlalə baharda bolsulu olduğundan su balkondaki ziyarətçilərə belə sıçraya bilir. İzləyicilərə təbiətlə təmas bəxş edən şəlalə, xüsusən təbiət həvəskarlarını heyran edəcək mənzərəyə malikdir. Bir rəvayətə görə, pilləkanlar vasitəsilə şəlaləyə çıxan şəxslərdə ürək və damar xəstəlikləri olmur.[2][3][4]

1952-1960 illəri arasında qurulan Tortum su elektrik stansiyası, Türkiyənin elektrik ehtiyaclarını qarşılamışdır.[5]

Yerli sakinlər şəlalənin türk dilindəki qarşılığı olan "Sutökən" adından istifadə edir. Bölgənin ən görkəmli ziyarətçiləri Atatürk Universitetinin müxtəlif bölgələrindən olan tələbələrdən ibarətdir. Bundan əlavə, Tortum şəlaləsi beynəlxalq turizm üçün açıq bir ərazidir və xarici turistləri də qəbul edir.[6]

Tarixçə[redaktə | mənbəni redaktə et]

Tortum şəlaləsi 1700-cü illərin ortalarında Balıqlı kəndinin qərbində yerləşən dağın sürüşməsi ilə yaranan şəlalədir. Tortum şəlaləsi, Tev vadisi ilə Tortum gölünün şimal ucu arasındakı ərazidən tökülməsi ilə əmələ gəlir.[7] Tortum şəlaləsinin töküldüyü ərazi yatağın yaxınlığında dayanıqlı əhəng daşı təbəqələrindən keçir. 22 metr eni və 48 metr hündürlüyə malikdir. Həmçinin, göl təbii abidədir. Ərzurumun Uzundərə ilçəsində yerləşir.[8][9]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tortum Şelalesi hakkında bilgiler". Kültür Portalı. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
  2. "Bir doğa harikası: Tortum Şelalesi". www.hurriyet.com.tr (türk). 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
  3. "Tortum Şelalesi – Erzurum". Gezilmesi Gereken Yerler | Gezilecek Yerler ve Seyahat Rehberi (türk). 20 fevral 2020. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
  4. "Bir doğa harikası: Tortum Gölü ve Tortum Şelalesi". Gazete Güncel (türk). 17 iyul 2019. 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
  5. "'Şelaleye su bırakın' davası". www.hurriyet.com.tr (türk). 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
  6. "'Tortum Şelalesi' ziyaretçilerini cezbediyor". www.aa.com.tr. 2021-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
  7. "Tortum Şelalesi". erzurum.ktb.gov.tr. 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
  8. "Türkiye'nin en büyük şelalesine özgürlük istediler". Haberler.com (türk). 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
  9. "Tortum Şelalesi Dünya Vitrini'nde". www.erzurumgazetesi.com.tr. 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]