Toxucu dəzgah[1] — üfüqi istiqamətdə torpağa və ya döşəməyə uzadılan, yaxud şaquli istiqamətdə yuxarısı divara, aşağısı döşəməyə və ya torpağa dayanan parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah[2][3]
Qədim zamanlarda köçəri həyat sürən insanlar yeraltı qazmaları, damları, çadırları, tavanı alçaq kənd evlərini üçün xarakterik olduğundan xalça dəzgahlar üfüqi şəkilıdə qurulmuşdur. Ərişlərə lazım olan tarımlıq yerə bərkidilmiş ağacları oxlarla birləşdirən iplərin qısaldılması ilə verilmişdir.
Buna görə də köçəri həyat sürən insanlar üçün üfüqi dəzgahlar əlverişsiz olmuşdur, çünki toxuma prosesində toxucu belini əydiyindən fiziki cəhətdən yorulmuş və əmək məhsuldarlığı aşağı düşmüşdür.
Bu səbəbdən müəyyən müddət sonra üfüqi dəzgah təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür.