Bu məqalə [[Toxuma]] məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Toxumalar — Eyni mənşəyə, quruluşa və funksiyaya malik olan hüceyrələr və hüceyrəarası maddələr qrupuna deyilir. İnsan və heyvan orqanizmlərində olan orqanlar toxumalardan əmələ gəlib. İnsan orqanizmində 4 hüceyrə qrupu var. Bunlara epiteli, birləşdirici, əzələ və sinir toxumaları aiddir.
"Epi" üzərində deməkdir. Bu toxuma bədəni xaricdən örtür, içi boş orqanların daxili səthini əhatə edir, eyni zamanda vəzilərin əsasını təşkil edir. Burada toxumalar bir-birinə sıx yerləşdiyi üçün hüceyrəarası maddə görünmür. Epiteli toxuması müdafiə, mübadilə, sorulma və ifrazat funksiyası yerinə yetirir. Bir qrupu, bir neçə növü var. Növlərinə kirpikli epiteli, bir və çoxqatlı epiteli, kubşəkilli epiteli, vəzili epiteli aiddir. Kirpikli epiteli müdafiə funksiyası yerinə yetirir. Vəzili epiteli ifrazat funksiyasını, birqatlı epiteli toxuması isə mübadilə funksiyasını yerinə yetirir. Bu toxumanın hüceyrələri sürətlə bölündüyündən tez-tez yeniləri ilə əvəz olunur.
Birləşdirici toxuma qidalanma, dayaq, müdafiə funksiyalarını yerinə yetirir. Bir qrup bir neçə növü var. Buraya sümük, qığırdaq, qan, limfa, sıx, piy, boş birləşdirici toxuma aiddir. Dayaq funksiyasını sümük və qığırdaq, sıx birləşdirici toxuma dəridə, bağlarda, damarlarda olur. Qan və limfa isə orqanizmin daxili maye mühitinə aiddir.
Əzələ toxuması oyanma və yığılma xüsusiyyətinə malik olub, hərəkət funksiyası yerinə yetirir. Bir qrup üç növdür: saya, eninəzolaqlı əzələ və eninəzolaqlı ürək əzələsi. Eninəzolaqlı skelet əzələsi - çoxnüvəlidir, tez yığılır, tez yorulur, iradidir. Saya əzələsi - qeyri - iradidir, birnüvəlidir, gec yığılır, yorulmur. Ürək əzələsi - quruluşuna görə sklet əzələsinə oxşasada, iş prinsipinə görə saya əzələsinə oxşayır.
Sinir toxuması neyron və peyk hüceyrələrindən qurulmuşdur. Bir qrup bir növdür. Əsas funksiyası oyanma və oyanmanı nəql etməkdir.