Toy əti

Tərkibi[redaktə | mənbəni redaktə et]

1 kilo qoyun əti, 6 yemək qaşıq duru yağ, 3 ədəd pomidor, 3 ədəd kartof, 3 ədəd soğan, 4 stəkan su, qırmızı bibər, duz.

Hazırlanması[redaktə | mənbəni redaktə et]

Ətləri iri parçalar halında kəsin. Yağı bir qazana qoyub qızdırın. Ətləri yağın içinə atın və qarışdıra qarışdıra 5 dəqiqə bişirin. Yağın içindən ətləri bir başqa qaba alın.

Soğanları incə dilimləyib eyni yağda çəhrayılaşana qədər qovurun. Pomidorların və kartofların qabıqlarını soyub eyni qazana doğrayın.

5 dəqiqə daha qovurub qazana suyu, qırmızı bibəri və duzu da əlavə edin. Su qaynamağa başlayınca bir kənara ayırdığınız ətləri qazana atıb hamısını birdən bişirməyə başlayın.

Bişdikdən sonra qaba alıb ətlərin ətrafını bəzəyərək xidmət edə bilərsiniz.

Mənbə[redaktə | mənbəni redaktə et]