Toyizm

Toyizm – 1990-cı ildə Hollandiyanın Emmen şəhərində yaradılan incəsənət hərəkatı

Bu söz oynaq xüsusiyyətli incəsənət əsərlərini və onların təməlindəki fəlsəfəni simvolizə edir. "Izm" suffiksi həm incəsənət, həm də din aləmində hərəkət və ya hərəkat mənasını kəsb edir.

Bununla belə Toyizm-oyunu ciddi sual olaraq, müasir dövrdə yeni tənqidi və hissiyatlı növün perspektivliyini göstərir.

Toyizm sözu 1990-cı ildə Toyist Deco tərəfindən düzəldilən "kompüter hörümçəyinin qaçışı" qrafik işindən sonra yarandı. Məhz bu əsər doxsanıncı illərin əvvəllərində bu incəsənət tərzini dəbə saldı.

Lakin bu tərzin manifestə düşməsinə sonradan iki il lazım oldu. 5 sentyabr 1992-ci ildə Emmenli rəssam və musiqiçi Deco (təxəllüs) "ana" adlı manifestin yazaraq "toyizm" tamaşaçılarına təqdim etdi.

Toyizmi iki müxtəlif dövrə bölmək olar 1992-ci ildən 2000-ci və 2002-ci ildən indiki vaxtadək .

Bundan bir neçə ay sonra daha iki aktyor manifest yazma cərəyanına qoşuldu. İlkin mərhələdə sujetin əsasına sürrealist tərpənməyən ikonalar, rəsmlər (kompüter, kosmik məkik və məxmər ayılar) hazırlanırdı. Bu nişanlar hal-hazırda olan toyist rəssamları təmsil edirdi. Bir il sonra Nyu-Yorkda baza açılışından sonra sərgi keçirildi. Birinci sərgi 1993-cü ilin 24 fevralında Het Veenparkda baş tutdu. Bazada obrazlı tərzi olan eynirəngli və sadələşdirilmiş elementli ruhlandırıcı Super Mario və Nintendo oyun qurğusu vardı. Bundan sonra Deco toyizmi beynəlxalq miqyasda genişləndirmək, təbliğ etmək üçün dünya səyahətinə çixdı.

Dünya səyahətindən sonra Deco manifestin üzünü köçürərək başqa rəssamlara payladi ki, onlar da bu hərəkatda iştirak etsinlər. 2002-ci ildən artıq dünyanın hər yerindən rəssamlar by hərəkatda iştirak edir və sıraları getdikcə artır.

Hal-hazırda artıq 777 incəsənət əsəri yaradılmışdır. Bunlara rəsmlər, heykəltəraşlıq və bina üzərində işləmələr daxildir. 2017-ci ildə Emmendə öz daimi studiyalarını açdılar. Həmim ildə baş qərargahlarını Hroninger səhərinə köçürtdülər. Artıq onların Hroninger muzeyinin yanında olan Heymans villasında öz qalereyaları var.

Toyizmin əsas cəhəti budur ki, rəssamlar kollektiv şəkildə çalışırlar və aralarında rəqabət olmur. Onların yaratdıqları əsərlər tək özlərinə deyil, bu janrda çalışan bütün rəssamlara aid edilir. Onlar üçün əsas şərt yaradılan əsərlərin sayıdir. Toyizmçilər qrupuna daxil olan hər bir rəssam özünə təxəllüs götürür və bu təxəllüs əlifbanın hansı hərfi ilə başlayirsa, artıq başqa rəssamlar o hərflə başlayan təxəllüs götürə bilməz, yəni hər hərfə bir təxəllus nisbəti. Ona gorə də bir qrupda 26-dan artıq rəssam ola bilməz. Hər bir rəssam özünü tərənnüm etməkçün bir oyuncaq və ya oyun ikonası seçir. Seçilən oyuncaq ictimaiyyət qarşısında həmin rəssamın üzünü təmsil edir. Toyistlər heç vaxt öz üzlərini foto və kameraya göstərmirlər. Onlar üzlərində maska gəzirlər ki, üzdən heç kim onları tanımasın.

Toyistlərin siyahısı

[redaktə | mənbəni redaktə et]

Toyizmin xüsüsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Təsvirilik
  • Nağıl etmə
  • Rənglər qarişdırılmlr, bir-birindən ayrılır
  • Nöqtələr
  • Əla ustalıq
  • Müasir süjet
  • İlk baxışdan şən, amma ciddi çalarlar