Traffikinq və ya insan alveri — istismar məqsədilə, insan alveri, o cümlədən insanların satın alınması və ya satılması, oğurlanması, girov götürülməsi, bu məqsədə xidmət edən bu və ya digər cinayətlər nəzərdə tutulur.
Traffikinq məqsədləri müxtəlif ola bilər. Bu məqsədlərə qadın alveri, insan orqanlarının alveri, cinayətkar dəstələrin yaradılması və s. aid edilə bilər.
İnsanlarla ticarət həm dövlət daxili həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur. İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. BMT-nin hesablamalarına görə hazırda dünyada 27 milyon insan qul vəziyyətindədir. ABŞ-nin Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 9.5 milyard gəlir verən kriminal sahə olduğunu vurğulayır. ABŞ-nin "İnsan alveri 2005" adlı hesabatında Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Türkmənistan və Tatarıstan kimi MDB ölkələri göstərilir.
Türkiyə DİN—nin Xaricilərlə işlər sərhəd və miqrasiya məsələləri departamentindən verilən məlumata görə Türkiyədə olan Azərbaycan qadınlarının 43% insan alverinin qurbanıdır. Həmin qadınlar buraya turist vizası saxta sənədlər və ya Naxçıvan şəhərindən qeyri qanuni keçirilməklə Trabzon, İstanbul, Antaliya, Ankara, Bodurum vilayəti və digər şəhərlərə gətirilir və burada insan ticarətinin qurbanına çevrilir.
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 28 iyun 2005-ci il tarixdə "İnsan alverinə qarşı mübarizə haqqında"Qanun qəbul olunmuşdur.
Milli Məclisdə daxili işlər nazirinin müavini insan alverinə qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov çıxış edərək Azərbaycanda bu ilin ötən dövründə insan alveri ilə 342 cinayət faktının aşkarlandığını deyib. Onun sözlə rinə görə bu ildə 2007-ci illə müqayisədə 119 fakt çoxdur. Onlardan 68-i Cinayət Məcəlləsinin insan alvei maddəsi üzrə olub. Törətdilkləri hüquqa zidd əməllərə 315 şəxs cinayət məsulliyətinə cəlb edilib.
Görundüyü kimi insan alveri elə bir qlobal problemdir ki burada dövlət təkbaşına mübarizə apara bilmir və digər dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində hansısa müsbət dəyişikliyə nail olmaq mümkün olmur.
Hüquq haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |