Trainkos Kosovo Respublikası dəmir yollarının operatorudur. Şirkət 1999-cu ildə təsis edilmişdir. Qərargahı Kosovo Pole şəhərində yerləşir.
2011-ci ildə Kosovo dəmir yolları (alb. Hekurudhat e Kosovës; серб. Kosovske Železnice) iki şirkət arasında bölünmüşdür: Trainkos: sərnişin və yük daşıma, Infrakos: dəmir yolu infrastrukturunun xidmətinə cavabdeh[1].
Kosovo ərazisindən ilk dəmir yolu xətti 1874-cü ildə General-Yankoviç şəhərindən Kosovo-Pole və Kosovska-Mitrovisa istiqamətində olmuşdur. Yol Osmanlı imperiyası dönəmində Salonikidən Skopye və Kosovska-Mitrovisaya uzanır.
1929-cu ildən 1991-ci ilə qədər dəmir yollarında xidməti Jugoslovenske Železnice (JŽ) şirkəti həyata keçirmişdir. Sonradan bu xidnməti Železnice Srbije (ŽS) həytata keçirmişdir. Kosovo müharibəsindən sonra 1999-cu ildə Hekurudhat e Kosovës (HK) və Kosovske Železnice (KŽ) şirkəti həyata keçirir. 2001-ci ildən daimi xidmət başlanır. 2011-ci ildən HK öz adını Trainkos[2] olaraq dəyişir.
Trainkos Kosovoda 436,851 km dəmir yolunda xidmət göstərir bunun 333,451 km sərnişin və yükdaşıma ilə əladədardır. 103,4 km isə sırf yükdaşımaya xidmət edir. Kosovanın daxili daşınması aşağıdakı kimidir: Reç-Priştina, Kosovo-Pole və General- Yankoviç, Kosovo-Pole və Qraçanisa. Beynəlxalq daşımalara gəldikdə isə gündə bir dəfə sürətli qatar Priştina-Skopye və geri istiqamətdə hərəkət edir[3].
3 tip sərnişin vaqonlarına sahibdir: şəhərətrafı vaqonlar, Freedom of Movement və InterCity.
Yük daşımaları Kosovo iqtisadiyyatında mühüm rol oynayır. Beynəlxalq yük daşımaları General-Yankoviç şəhəri və Priştina hava limanı, Miradi stansiyasının yaxınlığında yerləşən konteyner terminalları vasitəsilə həyata keçirilir.
Vaqonların bir hissəsi Yuqoslaviya dəmiryolları dövründən qalmadır və az qismi isə Avropa ölkələrindən idxal edilib.
Aşağıdakı lokomativlərə sahibdir:
Nömrə | Növ | Status |
---|---|---|
001 | Keçmiş HŽ 2044-031 | Fəaliyyət göstərir, sərnişin daşınması |
002 | Keçmiş JŽ 661 132 | Fəaliyyət göstərmir |
003 | Keçmiş JŽ 661 228 | Fəaliyyət göstərir, yük daşınması |
004 | Keçmiş JŽ 661 231 | Fəaliyyət göstərmir |
005 | Keçmiş NSB Di3a 619 | Fəaliyyət göstərir, sərnişin və yük daşınması |
006 | Keçmiş NSB Di3a 633 | Nasaz elektrik generatoru, təmirdədir (2009 iyul) |
007 | Keçmiş NSB Di3b 641 | Fəaliyyət göstərir, sərnişin və yük daşınması |
008 | Keçmiş NSB Di3b 643 (VR KDs1 2402) | Fəaliyyət göstərmir, əyləc problemi |
009 | Vossloh G 1700-2 BB | Fəaliyyət göstərir, yük daşınması |
010 | JT38CW-DC Gredelj-Croatia | Fəaliyyət göstərir, yük daşınması |
Former HŽ 2061-501 |
Nömrə | Növ | Status |
---|---|---|
1528, 1531, 1534 | Former FS ALn 668 | Fəaliyyət göstərir |
01, 02, 03, 04 | Former SJ Y1 1281, 1304, 1306, 1313 | Fəaliyyət göstərir |