Trans milli korporasiyalar

Təsiredici nüfuzları, çoxmilyardlıq investisiyon qüdrətləri ilə qloballaşma prosesini stimullaşdırırlar. Hərtərəfli mühafizə sistemləri, yüksək maddi-texniki baza ilə təhciz edilmiş elmi-tədqiqat institutları, laboratoriyaları, konstruktor büroları TMK-nın artan potensialını, rəqabət qüdrətini təmin edir. Belə strateji istiqamət milli kapitalın fəaliyyətinin beynəlmiləlləşdirilməsi, transmilli kapitalın maraqlarının qloballaşması ilə və əvəzlənməsini gerçəkləşdirir. Hazırda dünya təsərrüfatının mühüm mexanizmi kimi onlar ÜDM-in 20–25%-nə malik olmaqla beynəlmilləşmənin əsas hərəkətverici qüvvəsinin özəyində dayanırlar.[1] TMK-lar əsasən XIX əsrin sonlarından başlayaraq geniş inkişaf etməyə başladı. Ancaq TMK-ların tarixi daha qədimdir. İlk beynəlxalq iqtisadi fəaliyyətlə məşğul olmağa başlamış təşkilat "Tamplier ordeni"

sayılır. Onlar 1135-cil ildə hələ beynəlxalq səviyyədə bank işiylə məşğul idilər. Ancaq rəsmi şəkildə yaradılmış ilk TMK-a İngiltərənin "East İndia Company" TMK-dır. Bu kompaniya 1600-cü ildə İngiltərənin Hindistanda iqtisadi fəaliyyət göstərməsi üçun kraliça I Yelizavetanın əmriylə yaradılır. Sonralar ABŞ və Avropada kapitalizmin sürətli inkişafı çoxlu sayda TMK-ların yaranmasına səbəb oldu.[2]

Trans Milli Korporasiyaların iqtisadiyyatda yeri

[redaktə | mənbəni redaktə et]
TMK-ların strukturu
TMK-ların strukturu

Beynəlxalq hüquqda – o cümlədən beynəlxalq iqtisadi hüquqda transmilli korporasiyalar (TMK) haqqında artıq kifayət qədər müddəalar və fikirlər formalaşmışdır. TMK-lər dünyanın bir çox ölkələrində müəssisələri və filialları olan nəhəng şirkətlər birliyidir. Hazırda müsbət və mənfi cəhətlər baxımından TMK-lərin rol və fəaliyyətləri müasir dünyada olduqca ziddiyyətli qiymətləndirilir.

TMK-ləri bir çox iqtisadçı alimlər texniki tərəqqinin daşıyıcısı olan proqressiv iqtisadi fenomen adlandırırlar. Şəksiz bu fikirlə razılaşmamaq mümkün deyil. Digər tərəfdən isə "üçüncü dünya" ölkələrinin təbii sərvətlərini xammal şəklində mənimsəyən, bu zaman həmin ölkələrin vətəndaşlarını misli görünməmiş və heç bir beynəlxalq normaya uyğun olmayan qayda və üsullarla istismar edən və neokolonializmin başlıca zərbə qüvvəsi sayılan TMK-lərin beynəlxalq leqal mafiya imici də formalaşmışdır. Lakin hər nə olursa-olsun TMK-lərin fəaliyyəti və inkişafı ilə bağlı proseslər dövrün qanunauyğun, obyektiv inkişafının nəticəsidir və bu proses qarşısıalınmazdır.

Bu gün dünyada TMK-lər qədər fəaliyyət göstərdikləri ölkələrin milli qanunvericiliyinə, eləcə də beynəlxalq hüquq normalarına etinasızlıq göstərən ikinci bir qüvvə çətin ki, tapılsın. TMK-lərin iqtisadi qüdrətini və dünya siyasətinə ciddi təsirini nəzərə alaraq bəzi qərb dövlətlərində bu qurumlara beynəlxalq hüququn subyekti statusunun verilməsi haqda fikirlər söyləyirlər. Bu fikirləri irəli sürənlərin arqumentləri şəksiz ki, kifayət qədər əsaslıdır, ən azı bu baxımdan ki, bu gün TMK-lərin beynəlxalq arenadakı istər iqtisadi, istərsə də siyasi təsir qüvvəsi dünyanın əksər dövlətlərinin təsir qüvvəsindən qat-qat üstündür. Lakin bu fikirlərə əks fikirlər də söylənilməkdədir. Belə ki, digər tərəflər hesab edir ki,TMK-lərin fəaliyyəti beynəlxalq hüquqla deyil, beynəlxalq xüsusi hüquqla tənzim olunur və bu baxımdan onlar beynəlxalq hüququn subyekti ola bilməzlər.

Əslində isə beynəlxalq hüququn subyektinə çevrilmək heç TMK-lərin özlərinə də rahat deil. Ən azı ona görə ki, bu statusun olmaması onların neokolonialist sifətlərini bir qədər maskalaya bilər. Bununla belə TMK-lər bir çox hallarda beynəlxalq iqtisadi hüququn subyektləri rolunda çıxış edirlər. Bir qayda olaraq onların imzaladıqları kontraktlarda tərəflərdən biri dövlətlər olur. Digər tərəfdən inkişaf etməkdə olan bir sıra dövlətlər TMK-lərin artmaqda olan iqtisadi və siyasi təzyiqləri ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən, BMT qarşısında dəfələrlə məsələlər qoymuşlar. BMT hələ 1974-cü ildə TMK-lərlə bağlı dövlətlərarası komissiya və TMK-lər üzrə mərkəz yaratmışdır. Bu qurumların məqsədi TMK-lərin fəaliyyətini nizamlayan normalar sistemi yaratmaq və onları bu normalara əməl etməyə vadar etmək idi. Bu komissiyanın topladığı materiallar əsasında YUNKTAD (Beynəlxalq Ticarət Mərkəzi) tərəfindən bir sıra qaydalar və prinsiplər müəyyən olunmuşdur və bunlar BMT Baş Məclisinin 1980-ci ildə keçirilən XXX sessiyasında qəbul olunmuşdur. Bundan əlavə sessiyada Baş Məclis "TMK-lər və digər korporasiyalar, onların vasitəçiləri və aidiyyəti olan digər tərəflərin tətbiq etdikləri korrupsiyaya qarşı tədbirlər" haqqında 3514 nömrəli qətnamə qəbul etmişdir. Ən ali beynəlxalq təşkilat tərəfindən həyata keçirilən bütün bu tədbirlər TMK-lərin mənfi fəaliyyətinə heç bir təsir göstərə bilməmişdir. Əksinə TMK-lər təzyiq vasitəsi kimi yeni-yeni üsullar və yollar mənimsəmiş və hazırda bu üsullar tətbiq olunmaqdadır. Bu monopoliyalar özlərinə aid olan şirkətlərin yerləşdiyi yerdə dövlətin müstəqil hüquqi şəxs forması olmasından istifadə edərək həmin firmalar üzərində yerli qanunvericiliyin şamil olmasını istəyirlər. Belə ki, bu, ilk növbədə əgər dövlət öz şirkətləri üçün xarici firmalardan güzəştli şərtlər (vergi sahəsində) nəzərdə tutursa, həmin dövlətin hüquqi şəxsi sayılır. Digər hallarda TMK-lər xarici dövlətlərdə öz filiallarını yaradırlar. Filiallara müstəqil hüquqi şəxs statusu verilmir. Beləliklə, transmilli kompaniyaların iqtisadi anlayışı, iqtisadi-mahiyyəti və hüquqi forması arasında uyğunsuzluq olur. Vahid birlik hüquqi çoxluqla rəsmiləşdirilir ki, (yerli hüququn hüquqi şəxsi, filialı və s.) bu da TMK-lərin mülkiyyətçilərinin maraqlarına cavab verir. 1974-cü il dövlətlərin iqtisadi hüquq və vəzifələri xartiyasında nəzərdə tutulur ki, hər bir dövlətin öz yurisdiksiyası çərçivəsində TMK-in fəaliyyətini nizama salma və nəzarət etmə hüququ vardır. BMT Baş Assambleyasının qətnaməsi formasında qəbul edilən bu xartiyada eyni zamanda TMK davranış kodeksindəki kimi, inkişaf etməkdə olan dövlətlərin öz iqtisadiyyatlarını TMK-in təsirindən müdafiə etməsi təşəbbüsünü əks etdirir. Beynəlxalq Həmkarlar Təşkilatlarının TMK-lərlə uzunmüddətli mübarizəsi də uğursuzluğa düçar olmuşdur. Bunlara cavab olaraq TMK-lər fəaliyyət göstərdikləri bir sıra ölkələrin milli qanunvericiliyində həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdıran qanunların qəbul olunmasına nail olmuşdur. TMK-lər fəaliyyət göstərdikləri sahələrdə bir qayda olaraq fəal həmkarlar ittifaqlarını ya əzərək məhv edir, ya da onları ələ alırlar. Amma onu da qeyd etmək lazımdır ki, TMK-lər heç də həmişə buna nail ola bilmirlər.[3]

Trans Milli Korporasiyaların təşkilatlanması

[redaktə | mənbəni redaktə et]

BMT-nin hesablamalarına görə indiki dünyada 65 min transmilli korporasiya fəaliyyət göstərir. Bu 65 min transmilli korporasiyanın ümumilikdə 850 min xarici filialları mövcuddur və bu transmilli korporasiyalar 75 milyona yaxın insanı işlə təmin etmişdir. Transmilli korporasiyaların filiallarının və ana kompaniyalarının ölkələr üzrə yerləşməsinə diqqət yetirsək görə bilərik ki, ana kompaniyaların əksəriyyəti, yəni 80% sənayecə İEÖ-də yerləşmişdir. Yalnız 19,5% ana kompaniyanın yerləşdiyi ərazi İEOÖ-dir. 0,5% ana kompaniya isə post-sovet məkanında yerləşmişdir. Qız kompaniyaların (yəni xarici filialların) 33%-i İEÖ-də yerləşmişdir. 50% qız kompaniya iqtisadi cəhətdən az inkişaf etmiş ölkələrin (yəni İEOÖ-in) payına düşmüşdür. Yerdə qalan 17% qız kompaniya isə post-sovet məkanında yerləşmişdir. 

TMk-lardan TOP-49

[redaktə | mənbəni redaktə et]

Aşağıda araşdırma müəlliflərinin məqalədə misal gətirdiyi və kürəsəl nəzarət şəbəkəsi təşkil edən 147 "supertəşkilat"dan TOP-49-i təqdim edilib:

  1. Barclays plc
  2. Capital Group Companies Inc
  3. FMR Corporation
  4. AXA
  5. State Street Corporation
  6. JP Morgan Chase & Co
  7. Legal & General Group plc
  8. Vanguard Group Inc
  9. UBS AG
  10. Merrill Lynch & Co Inc
  11. Wellington Management Co LLP
  12. Deutsche Bank AG
  13. Franklin Resources Inc
  14. Credit Suisse Group
  15. Walton Enterprises LLC
  16. Bank of New York Mellon Corp
  17. Natixis
  18. Goldman Sachs Group Inc
  19. T Rowe Price Group Inc
  20. Legg Mason Inc
  21. Morgan Stanley
  22. Mitsubishi UFJ Financial Group Inc
  23. Northern Trust Corporation
  24. Société Générale
  25. Bank of America Corporation
  26. Lloyds TSB Group plc
  27. Invesco plc
  28. Allianz SE 29. TIAA
  29. Old Mutual Public Limited Company
  30. Aviva plc
  31. Schroders plc
  32. Dodge & Cox
  33. Lehman Brothers Holdings Inc*
  34. Sun Life Financial Inc
  35. Standard Life plc
  36. CNCE
  37. Nomura Holdings Inc
  38. The Depository Trust Company
  39. Massachusetts Mutual Life Insurance
  40. ING Groep NV
  41. Brandes Investment Partners LP
  42. Unicredito Italiano SPA
  43. Deposit Insurance Corporation of Japan
  44. Vereniging Aegon
  45. BNP Paribas
  46. Affiliated Managers Group Inc
  47. Resona Holdings Inc
  48. Capital Group International Inc
  49. China Petrochemical Group Company[4]
  1. "Arxivlənmiş surət". 2019-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-18.
  2. "Arxivlənmiş surət". 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-12.
  3. "Arxivlənmiş surət". 2017-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-18.
  4. "Arxivlənmiş surət". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-18.