Transgaz

Transgaz (rum. Societatea Națională de Transport de Gaze Naturale Transgaz S.A. Mediaș) — Rumıniyada təbii qazın istehsalı, emalı və nəqli üzrə dövlət şirkəti. 334 saylı qeydiyyat şəhadətnaməsi Rumıniya Hökuməti tərəfindən 28 aprel 2000-ci ildə verilmişdir. Romgaz şirkətinin törəməsidir. Şirkət tərəfindən nəql olunan təbii qazın həcmi 30 milyard m³, boru kəmərlərinin ümumi uzunluğu 13 min km təşkil edir. Transgaz Nabukko qaz kəməri layihəsində tərəfdaşdır.

Transgaz
Ümumi məlumatlar
Sənaye qaz sənayesi[d]
Təsis tarixi 2000
transgaz.ro

Şirkətin əsas fəaliyyəti qaz nəqliyyatı, təbii qaz istehsalı sahəsində tədqiqat və hasilat: xüsusilə xüsusi tranzit boru kəmərlərinin və əlaqəli texnoloji qurğuların monitorinqi, istismarı və texniki xidmətləri özündə birləşdirir. Bu borular Rusiya və Rumıniyadan təbii qazın Dobruca vasitəsilə Balkan yarımadasına tranzitlə nəql edilməsi üçün nəzərdə tutulmuşdur. Gücü ildə 30 milyard kubmetr qaz təşkil edir və beynəlxalq tranzit (54 bar) istisna olmaqla, diametri 50 ilə 1200 mm, təzyiqi 6 ilə 35 bar olan ümumi uzunluğu 13 min km olan boru kəmərləri ilə təmin edilir.

Transgazın səhmdarları Rumıniya İqtisadiyyat Nazirliyi (58.51%), hüquqi şəxslər (30.73% - məsələn, Fondul Proprietatea) və fərdi şəxslərdir (10.76%). Şirkət qaz istehsal edən şirkətlər (Romgaz, Petrom və s.) və səlahiyyətli distribütorlar (E.ON Gaz România və GDF SUEZ Energy Romania) arasında yeganə milli qaz daşıyıcısıdır.

  • Macarıstan: Arad — Seqed boru kəməri;
  • Ukrayna: Çernovsı — Siret boru kəməri;
  • Bolqarıstan: Neqru Vode (Konstanța) və Curcu — Ruse boru kəməri;
  • Moldova: Yaş — Unqen (27 avqust 2014-ci ildən)[1]

Buxarest birjası

[redaktə | mənbəni redaktə et]

26 noyabr 2007-ci ildə Transgaz yerli bazarda 84 milyon dollar qazanmaq istəyən ilkin təklifini etdi və ilk təklifin sonunda şirkət 2,52 milyard dollar qazandı. Bununlada 2006-cı ildə 308 milyon dollar qazanc əldə edən Transelektriki üstələdi. 15 aprel 2013-cü il tarixində şirkətin 15% səhmini satmaq üçün ikinci bir ictimai təklif gəldi: bu ona 95 milyon dollar gəlir gətirdi[2].

  1. "Moldova no longer 100% dependent on Russian gas amid EU pipeline inauguration" (ingilis). moldova.org. 27 August 2014. 2014-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2014.
  2. "Romania Raised $95 Million From IMF-Pledged Transgaz Sale". Reuters. 17 April 2013. 24 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2013.