Bu məqaləni vikiləşdirmək lazımdır. |
Transmissiya yağlarının minik avtomobilinin, yük avtomobilinin, avtobusların, traktorların, lokomotivlərin, yol-tikinti və digər maşınların aqreqatlarının sürtünmə qovşağında, həmçinin müxtəlif dişli reduktorların və sənaye avadanlığının qurdvari ötürücülərində istifadəsi nəzərdə tutur.
Transmissiya yağları — müxtəlif funksional aşqarlar əlavə edilmiş baza yağlarıdır.
[1]Transmissiya – fırlanma hərəkətini mühərrikdən nəqliyyat vasitəsinin təkərlərinə, işlək maşınlara ötürən və eyni zamanda gücün sürətinin dəyişdirilməsi üçün istifadə olunan qurğu və ya sistemdir.
Transmissiyanın tərkibinə aşağıdakılar daxildir:
Transmissiya yağları – ötürücü və paylayıcı qutuların, aparıcı əsas körpülərin, sükan mexanizmlərin hər cür dişli və zəncirvari reduktorların yağlanmasında istifadə olunur.
Transmissiya yağları — əsasən qalıq neft məhsullarının selektiv təmizlənməsindən alınan ekstraktlara distillə yağları və aşqarlar (tərkibində yeyilməyə, siyrilməyə qarşı əsasən fosfor, kükürd, xlor, molibden, disulfid saxlayan) əlavə etməklə alınır. Yüksək yüklü transmissiyalı avtomobillər tətbiq olunana qədər niqroldan istifadə olunub. 1000C-də özlülük 6 – 20 mm2/san. Açıq dişli ötürücüləri yağlamaq üçün xüsusi özlülüklü, (1000C də 50 – 500 mm2/san). neftdən alınan qalıq yağlara aşqarlar əlavə olunmaqla istifadə edilir. Hipoid ötürücülərdə əsas körpülərin yağlanması üçün hipoid yağlardan istifadə olunur (tərkibində materialın səthi ilə kimyəvi reaksiyaya girərək siyrilməyə qarşı örtük əmələ gətirə bilən aşqarlar olmalı). Hipoid ötürücülər üçün nəzərdə tutulmayan yağlardan istifadə etmək olmaz (dişlər tez xarab olar). Baza yağları kimi ya mineral yağlardan ya da yarım sintetik yağlardan istifadə olunur.
Transmissiya yağlarının əsas funksiyaları;
Yağlar toksiki olmamalıdır. Aqreqatların transmissiyasının uzunmüddətli və etibarlı olmasını təmin etmək üçün sürtkü yağları müəyyən xarakteristikaya malik olmalıdır:
Transmissiya yağlarının bütün bu xassələrinə baza yağının tərkibinə müvafiq depressor, yeyilməyə, siyrilməyə, oksidləşməyə, korroziyaya, paslanmaya və köpüklənməyə qarşı aşqarlar daxil etməklə nail olmaq olar.
Yağlama qabiliyyəti.
Transmissiya yağının əsas funksiyası yeyilmənin azaldılması və siyrilmənin qarşısının alınmasıdır. Bu xassə yağın yağlayıcı qabiliyyəti adlanır. Özlülüyün artması ilə onun yağlayıcı qabiliyyəti artır. Hidrodinamik sürtünmə rejimində yağlayıcı qabiliyyət baza yağının özlülüyü ilə təmin olunur (yəni yağ təbəqəsinin qalınlığı ilə). Sürtünmənin hidrodinamik sürtünmə rejimi isə yalnız dişli ötürücülərin ətrafında baş verir. Kontakt zonasında birbaşa qarışıq və səthi sürtünmə rejimi müşühidə olunur. Transmissiyada yüksək temperatur və yükləmə təsiri nəticəsində, səthi sürtünmə rejimində yaranan yeyilmə və siyrilməyə qarşı müdafiə üçün adətən kükürd-fosfor-bor saxlayan qarşı aşqarlardan istifadə edirlər. Səthi sürtünmə rejimində sürtkü materialının qoruyucu örtüyü çox nazilir və bu zaman dişli çarxların mikrokontakt nöqtəsində çox yüksək temperatur yaranır, bu da saniyənin onmində birində metalın ərimə temperaturuna çatır və onu aşa bilirlər. Bu yeyilməyə və siyrilməyə qarşı olan aşqarların aktiv elementləri metalla kimyəvi reaksiyaya girərək metallara nisbətən daha kiçik gərginlik keçidli modifikasiya olunmuş (eftektik qarışıq deyə adlandırılan) təbəqələr əmələ gətirir. Bu modifikasiya olunmuş laylar (yağa daxil olan aşqardan asılı olaraq) sulfid, oksid, fosfor və dəmirfosfidlərdən ibarət olur. Modifikasiya olunmuş qoruyucu təbəqə bir anda yaranaraq dişli çarxları siyrilmədən qoruyur. Bundan sonra transmissiya aqreqatında meydana gələn təsir nəticəsində bu qoruyucu örtük qismən yeyilməyə məruz qala bilər. bu vaxt çarxların dişlərinin kontakt nöqtəsində yenə temperaturun yüksəlməsi baş verir, bu da reaksiyanın təkrarlanmasını və təbəqənin yenidən əmələgəlməsinə gətirib çıxarır və s. Beləliklə, transmissiya yağlarına daxil olan yeyilməyə və siyrilməyə qarşı aşqarların təsir mexanizmi qısaca buna bənzəyir. Bu şəraitdə kontakt – hidrodinamik yağlama rejimində olduğu kimi yağın özlülüyünün prinsipial əhəmiyyəti yoxdur. Lakin az özlülüklü yağın çox nazik təbəqəsində kifayət qədər siyrilməyə qarşı aşqar olmaya bilər, bunun nəticəsi olaraq metal səthlərinin bir-birinə kontaktda olmaq təhlükəsi yaranır. Bu səbəbdən az özlülüklü transmissiya yağını hazırlayarkən onların tərkibinə siyrilməyə qarşı potensialını artırmaq üçün daxil edilən kükürd-fosforsaxlayan aşqarın qatılığını 1,5 dəfə artırırlar.
Özlülük və sürtünməyə sərf olunan enerji itkisi
Transmissiya yağlarının özlülük-temperatur xassəsinin onun istismar xarakteristikası üçün böyük əhəmiyyəti var. Sürtünməyə gücün itkisi, həmçinin yağın yağlama qovşağında qala bilməsi özlülükdən asılıdır. Özlülüklə avtomobillərin transmissiyanın aqreqatlarında gücün itirilməsi arasında birbaşa əlaqə var. Özlülük nə qədər azdırsa, daxili sürtünməyə enerjisi itkisi bir o qədər az olur, transmissiyanın faydalı iş əmsalı (FİƏ) çox olur. Lakin yağın özlülüyünün azalması ilə siyrilmənin, yeyilmənin, pitinqin artma qorxusu əmələ gəlir. Bundan başqa, yağın özlülüyünün təyin olunmuş səviyyədən aşağı olması onun sıxılmasının qüsursuz olmadığından və ya transmissiyanın kifayət qədər hermetik olmamasından yağın sərfini çoxaldır. Bununla əlaqədar yağların hazırlanması zamanı ona çox təzadlı tələblər irəli sürülür. Transmissiyaların soyuq, mümkün olan aşağı temperaturda işə salınması və ötürmədə sürtünmə itkisinin minimuma endirmək üçün yağın özlülüyü minimum, ancaq yağın qoruyucu örtüyünün daşıyıcılıq qabiliyyətini təmin etmək üçün və sıxılmadan itkinin az olması üçün özlülük maksimum olmalıdır.
Termooksidləşdirici stabillik
Transmissiya yağları dişli ötürücülərdə işləmə prosesində sürtünmə nəticəsində intensiv qızırlar. Yüksək temperaturun havanın oksigenin aktiv təsir və metal səthlərinin katalitik təsiri yağın çox güclü oksidləşməsilə, çöküntüyə çevrilən həllolmayan maddələr əmələ gəlməsi ilə nəticələnir.
Yağın oksidləşməsi nəticəsində onun fizizki-kimyəvi və istismar xassələri dəyişir: özlülüyü artır, yeyeilməyə qarşı xassəsi zəifləyir. Yağın oksidləşmə sürəti və dərinliyi oksidləşmə müddətindən, yağın temperaturundan, metalın katalitik təsirindən və oksigenin miqdarından asılıdır. Oksidləşməni sürət effekti əsasən yağın temperaturundan asılıdır. Baza yağının tərkibi də transmissiya yağının oksidləşmə xassəsinə həmçinin təsir göstərir. Məsələn, bazanın tərkibində əsasında qalıq komponentin azalması yağın termooksidləşmə stabilliyinin bunu uyğun olaraq mütənasib artması müşühidə olunur. Transmissiyada yağların işlənməsi zamanı onun bütün komponentləri, hətta tərkibində olan aşqarlar belə oksidləşir. Bu zaman yağın istismar xassəsi pisləşir. Əsasən yağın tərkibində siyrilməyə qarşı aşqarın az olması çox təhlükəlidir, bu, mexanizmlərin sıradan çıxmasına səbəb olur. Oksidləşmə prosesinin ləngiməsi üçün transmissiya yağlarına antioksidləşdirici aşqar əlavə edirlər. Antioksidləşdiricilər sərbəst radikallarla və hidroperoksidlərlə reaksiyaya girərək yağda həll olan qeyri-aktiv birləşmələr əmələ gətirir, ya da bu materialları parçalayıb daha az aktiv maddələr əmələ gətirərək yağın oksidləşmə dərəcəsini azaldılırlar.
Korroziyaya qarşı xassələr
Avtomobillərin transmissiya aqreqatların hazırlanmasında alüminiumdan, misdən və onların qarışığından, poladdan, tərkibində qurğuşun saxlayan müxtəlif ərintilərdən istifadə olunur. Rəngli metallardan hazırlanan detallar oksidləşmə zamanı alınan turş maddələrlə kimyəvi reaksiyaya girərək çox asanlıqla korroziyaya uğrayırlar. Yağ nə qədər çox oksidləşirsə metalı o qədər tez korroziyaya uğradır. Buna görə, yağın korroziyaya qarşı aktivliyi, onun oksidləşməsinə təsir göstərən faktorlardan asılıdır. Metalın səthinin korroziyası həmçinin su iştirakilə artır. Rəngli metalları turs maddələrdən qorumaq üçün transmissiya yağlarına korroziya inhibitorları daxil edirlər. Bu aşqarlar yağda aqressiv elementlərin qatılığını azaldaraq oksidləşmə prosesini ləngidir, ya yağda əmələ gələn turş maddələri neytrallaşdırır ya da metal səthində onun aqressiv maddələrlə birbaşa təmasının qarşısını olan qoruyucu örtük əmələ gətirir. Belə qoruyucu örtük eyni zamanda metalın yağın oksidləşməsinə katalitik təsirini azaldır. Buna görədə korroziya inhibitorlarının əksəriyyəti metalın dezaktivatoru hesab olunurlar.
Mühafizəedici xassələr
Avtomobilin istismarı zamanı sürtkü yağına su düşə bilər Bu, havada olan su buxarlarının kondensasiyası və ya suyun kipləşdiricilərin məsamələrdən keçməsi nəticəsində baş verir. Sularda adətən qeyri-üzvi duzlar və korroziya-aqressiv komponentlərə rast gəlinir. Su cərəyan keçirən naqil rolunu oynadığından bütün bunlar elektrokimyəvi korroziyanın əmələ gəlməsi üçün şərait yaradır. Yağın tərkibinə paslanmaya qarşı aşqar adlanan mühafizəedici aşqarlar daxil etməklə elektrokimyəvi korroziyanın qarşısını alırlar. Mühafizəedici aşqarların təsir mexanizmi metalın səthindən, nəmliyin və digər elektrolitlərin sıxışdırıb çıxarılması və onun üzərində metalın aqressiv mühitlə təmasının qarşısını alan davamlı adsorbsiya mühafizəedici örtüyünün əmələ gəlməsi ilə izah olunur.
Köpüklənməyə qarşı davamlılıq
Dişli ötürücülərin işləməsi zamanı sürtkü yağları intensiv qarışmağa məruz qalırlar, bunun nəticəsində 0na hava daxil olur və köpük əmələ gəlir. Yağların köpüklənməyə qarşı davamlığı onun karbohidrogen tərkibindən, təmizlik dərəcəsindən, onu təmizləmə üsulundan, funksional aşqarların təbiətindən, təzyiq və temperaturdan çox asılıdır. Naften yağlarında havanın həll olması parafin yağlarından daha çoxdur. Havanın yağlarda həll olması temperaturun və təzyiqin aşağı düşməsi ilə azalır. Temperaturun artması ilə köpüklənmə prosesi intensivləşir, özü də bu yağın özlülüyü az olduqca daha effektli olur. Çirkləndirici qarışıqlar, bəzi hallarda isə funksional aşqarlar mühafizəedici örtüyün səthi gərilməsini artıraraq köpüyün davamlılıq dərəcəsini artırır və bunun nəticəsi olaraq dişli çarxlar yalnız yağ-hava qarışığı ilə yağlanır, bu da dişli çarxların tez bir vaxtda sıradan çıxmasına səbəb olur. Köpüklənməyə qarşı aşqarların əsas təyinatı işlənən aqreqatda stabil köpüyün əmələ gəlməsinin qarşısını almaqdır. Köpüklənməyə qarşı aşqarlar havanın kiçik qabarcıqlarını ayıran qoruyucu örtüklərin səthi gərilməsini azaldırlar. Bunun nəticəsində qabarcıqlar birləşərək böyüyürlər, asan dağılırlar və köpük sönür. Kimematik özlülüyün 100oC-də səviyyəsindən asılı olaraq transmissiya yağları dörd sinfə bölünür.
Keçmiş Sovetlər məkanı sistemi ilə transmissiya yağları aşağıda qeyd olunanlara əsasən siniflərə bölünür:
Yağın üzərində göstərilən rəqəm 1000C-də kinematik üzlülüyü göstərir (mm2/san santistoksla).
Ötürücü və paylayıcı qutular, əsas aparıcı körpülər, sükan mexanizmlərinə aşağıdakı yağlar istifadə olunur:
Yük maşınlarının hipoid ötürücülərində (ГАЗ −52, ГАЗ-53, ГАЗ-66 və yeni modellərində):
Əsas aparıcı hipoid körpülərin, ötürücü qutu və sükan mexanizmlərinin (ВАЗ, АЗЛК, "Волга" və s.) yağlanmasında:
Hal-hazırda bu sinifləşmə köhnəldiyi üçün transmissiya yağları ГОСТ 17479.2–85 uyğun sistemləşdirilmişdir.
Mexaniki ötürücü qutu və aparıcı əsas körpülər APİ sistemi ilə aşağıda verilən qaydada siniflərə bölünür:
Yüngül şəraitdə işləyən ötürücülər üçün əsasən aşqarsız baza yağı işlədilir. Bəzi hallarda az miqdarda oksidləşmə, köpüklənmə, inhibitor korroziyaya qarşı və yüngül depressatorlar qatılır ki, bu da əsasən kənd təsərrüfatı maşınları və yük avtomobillərinin konusvari və vintvari ötürücüləri və mexaniki ötürücü qutuların normal işini təmin edir (sinxronizatorsuz).
Orta ağır şəraitdə işləyən kənd təsərrüfatı maşınları, traktorların transmissiyası – vintvari dişli çarxların yağlanmasında istifadə olunur və tərkibində yeyilməyə qarşı aşqar vardır.
Orta ağır şəraitdə işləyən maşınlarının transmissiyası – konusvari dişli çarxları yağlamaq üçün istifadə edilir. Tərkibində 2,7% yeyilməyə qarşı aşqar vardır. Hipoid ötürücülərdə işlətmək olmaz.
Müxtəlif yüngül şəraitdən ağır şəraitədək işləyən yük maşınlarının konusvari və hipoid ötürücüləri, aparıcı əsas körpünün aqreqatlarını yağlamaq üçün tətbiq olunur. API GL-4 yağı Şimali Amerika yük avtomobilləri, avtobuslar və başqa avtonəqliyyat vasitələrinin sinxronizatorsuz ötürücü qutularında istifadə olunur. Hal-hazırda Avropada bu yağlar sinxronizatorlu ötürücüləri olan maşınlarda istifadə olunur və tərkibində 50%-ə qədər bu sinfə aid aşqarlar var.
Sərt şəraitdə fəaliyyət göstərən və daha çox yüklənmiş ötürücülər üçün yağlar. Tərkibində 6,5% siyrilməyə qarşı və çoxfunksiyalı aşqarlar vardır. Əsasən vintvari ötürücülərin yağlanmasında istifadə edilir. Universal yağ kimi bütün mexaniki aqreqatların transmissiyasında (ötürücü qutudan başqa) istifadə eilir. Sinxronizatorlu mexaniki ötürücü qutuların yağlanmasında, yalnız maşın istehsalçıların tələblərinə cavab verən yağdan istifadə edilməlidir. Yüksək sürtünmə fərqlilikləri üçün tərkibində xüsusi aşqarlar (modifikatorlar) olan yağlar istifadə olunur. Bu halda, sinif təyinatı əlavə LS işarəsi əlavə olunur.
Yüksək sürət və yüksək ağır yük altında fəaliyyət göstərən hipoid ötürücülərin yağlanmasında istifadə edilir. API GL-5 markalı yağa nisbətən tərkibində çox miqdarda kükürdfosfor saxlayan siyrilməyə qarşı aşqarlar var.
Ağır yüklu aqreqatlar üçün yağ. Böyük ölçülü (ağırlıq qaldıran və avtobuslar) avtomobillərin sinxronizatorsuz mexaniki ötürücü qutularının yağlanması üçün nəzərdə tutulmuşdur. API GL-5 yağına ekvivalentdir, ancaq yüksək termiki stabilliyə malikdir.
1998-ci ildə, SAE və ASTM ilə əlaqədə olan API, transmisiya yağlarının keyfiyyətini qiymətləndirmək üçün iki yeni kateqoriyanı təklif etdi: PG-1 və PG-2 (PG-1 — ağır yüklü avtomobillərin və avtobusların mexaniki ötürücü qutuları üçün; PG-2 — yük avtomobillərin və avtobusların ötürücü körpüləri üçün). Yağların hər iki kateqoriyasında əsas diqqət yüksək temperatur xassələrinə verilir. PG-2 kateqoriyası hərdən texniki ədəbiyyatda GL-7 qrupu kimi qeyd edilir.
Transmissiya yağlarının təyin edilməsi üçün işarələr qrupu nəzərdə tutulmuşdur, bunlardan biri – TM (transmissiya yağları); ikinci qrup işarə rəqəmlə qeyd olunur ki, bu da istehsal xarakterinə görə yağı hansı qrupa aid olduğunu göstərir; üçüncü rəqəmlə qeyd olunur, bu da kinematik özlülüyü xarakterizə edir.
Özlülüyə görə qruplaşma | 1000C-də kinematik özlülük, mm2/s | Dinamik özlülüyün 150 Па с, aşmayan temperaturu, 0C, yuxarı olmamalı |
9 | 6,00–10,99 | |
12 | 11.00–13.99 | -35 |
18 | 14.00–24.99 | -26 |
34 | 25.00–41.00 | -18 |
Harda ki, TM – transmissiya yağı;
Lak, karbon yataqları və ya digər karbon yataqlarının meydana gəlməsinə qarşı qorunma. Üstün keyfiyyətli əsas yağ və əlavə oksidləşmə inhibitorlarının istifadəsi sayəsində əla sabitlik. Elastomer Uyğundur - Bu yağ, ağır yüklü Allison ötürücülərində istifadə olunan flüoroelastomer möhürləri qorumaqda xüsusilə təsirlidir. Aşağı temperaturda sürətli dövriyyə və yüksək temperaturda əla yağlama xüsusiyyətləri. Asanlıqla aşkar edilir - qırmızı rəngli. TEXACO ATF HD 389 dişli yağı köhnəlmiş kateqoriyaya uyğundur
TEXACO ATF HD 389 General Motors tərəfindən DEXRON-III H spesifikasiyasına uyğun olaraq təsdiq edilib və lisenziyalaşdırılıb. TEXACO ATF HD 389 yağı istehsal olunur:
II qrup əsas yağlar əsasında yüksək istilik-oksidləşdirici sabitliyi, sürtünmə əleyhinə xüsusiyyətləri, yükdaşıma qabiliyyətini, korroziyadan və aşınmadan qorunmağı təmin etməyə kömək edən əlavələr paketinin əlavə edilməsi ilə. Sistemləri karbon çöküntülərindən, lakdan və digər çöküntülərdən qorumağa kömək edir, həmçinin köpüklənmənin qarşısını alır. Chevron Avtomatik Transmissiya Mayesi HD-389 müstəsna davamlılıq təklif edir.
Ən ağır şəraitdə belə Chevron Avtomatik Transmissiya Mayesi HD-389: sürtünmə əleyhinə xassələri saxlayır, dişlilərin hamar yerdəyişməsini təmin edir Allison ötürücü floroelastomer möhürləri çatlardan qoruyur aşağı temperaturda axıcılığı və uzunmüddətli istismar zamanı da yüksək temperaturda sabitliyi saxlayır radiatorları korroziyadan qoruyur Maksimum sistemdə karbon yığılması, korroziya və aşınma nəticəsində ötürülmənin əsaslı təmirinin qarşısını alır.
TX ATF HD 389 xüsusilə aşağıdakılar üçün uyğundur:
TES-389 Schedule One standartına uyğun lisenziyalı avtomatik transmissiya yağı tələb edən transmissiyalar General Motors, Ford Motor Company və 2006-cı ildən əvvəl istehsal edilmiş və DEXRON-III H spesifikasiyasına cavab verən yüksək performanslı çoxməqsədli yağların istifadəsini tələb edən digər markaların əksər avtomatik transmissiyalarında Açıq alov, qığılcımlar və ya qızdırılan səthlərin yaxınlığında yüksək təzyiq sistemlərində istifadə etməyin Yalnız kifayət qədər havalandırması olan otaqlarda yağla işləyin. Bağlı qabda saxlayın. Tənəffüs aparatlarında və ya tibbi avadanlıqlarda istifadə etməyin. Chevron Avtomatik Transmissiya Mayesi HD-389 aşağıdakı tələblərə cavab verir və ya ondan artıqdır: Allison C-4 Fluid, TES-389 Ford MERCON®2
2007-ci ildə və sonra istehsal olunan Allison transmissiyaları DEXRON-VI və ya TES-389-a cavab verən yağlardan istifadə edə bilər. IN 2006-cı ildə və daha əvvəl istehsal edilmiş Allison transmissiyaları möhür uyğunluğunu təmin etmək üçün yalnız TES-389 yağlarından istifadə edə bilər.
ATF DIII transmissiya mayesi - GM DEXRON®-IIIG (GM 6417-M) tipli transmissiya mayesinin istifadəsini tələb edən minik avtomobillərinin, yüngül yük maşınlarının və avtobusların transmissiyalarında istifadə üçün nəzərdə tutulub. Baxmayaraq ki, GM özü bu spesifikasiyanı texniki cəhətdən köhnəlmiş kimi tanısa da, bir çox avadanlıq istehsalçıları bu performans tələblərini öz ötürücü maye tələblərini hazırlamaq üçün bələdçi kimi istifadə etməyə davam edirlər.
ATF DIII mineral əsaslı maye tələb edən gücləndirici sükan sistemlərində istifadə üçün də uyğundur. Müəyyən yarı sintetik və ya sintetik mayelər tələb edən sükan və ya aktiv asqı sistemlərində istifadə üçün tövsiyə edilmir, çünki bu məhsul kifayət qədər həssaslığı təmin etmir. ATF DIII həmçinin nəqliyyat, sənaye və dəniz sistemlərində geniş işləmə temperaturu diapazonuna və aşınmaya qarşı xassələrə malik hidravlik maye kimi istifadə edilə bilər. Özlülük dərəcəsi ISO VG 32-yə uyğundur.
Xüsusi seçilmiş sürtünmə dişlilərin hamar yerdəyişməsinə kömək edir. Sürtünmə xüsusiyyətlərinin yüksək sabitliyi mayenin bütün xidmət müddəti ərzində saxlanılır. Yüksək özlülük indeksi, yüksək temperaturda yağlama səviyyəsini təmin edir.
ATF DIII transmissiya mayesi aşağıdakı sistemlərdə istifadə üçün uyğundur:
Mühərrikə yağı tökmədən qabaq istehsalı haqqında təlimatı oxumaq lazımdır.