Transonik — Aerodinamikada səs sürətindən aşağı və yuxarı olan sürətləri (təxmini olaraq Mach 0.8–1.2) müəyyənləşdirmək məqsədilə istifadə edilən termindir. Həmçinin gövdəsi səs divarını keçə bilən, ancaq əslində səs sürətindən aşağı sürətdə uçmaq üçün yaradılmış olan təyyarələrə transonik təyyarələr deyilir. North American F-86 Sabre buna nümunə göstərilə bilər.