Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Trautvetter tıs-tısı (lat. Acantholimon trautvetteri) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Trautvetter tıs-tısı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Cənubi Qafqaz, Naxçıvan MR-dan toplanan materiallara əsasən təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir.
20-30 sm diametrində, yarımkürəşəkilli olan alçaq koldur. Çiçək saplağı çılpaqdır. Yarpaqları xətli, üçkənarlı, qabarıq (yastıqdan bir balaca yuxarı qalxır), 3-4 sm uzunluqdadır. May-iyun ayında çiçəkləyir, iyun-iyulda toxumları yetişir.
Kserofitdir. Quru yamaclarda bitir.
Şahbuz rayonunun Ayrınc və Biçənək kəndləri ətrafı ərazilərində (Biçənək aşırımı) yayılmışdır. Azərbaycan Respublikası, o cümlədən də Naxçıvan MR florasına yenidən daxil edilir. Biçənəkdən xeyli uzaqda, Ayrınc kəndinin yaxınlığından toplanmışdır.
Quraq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.