Bu məqaləni vikiləşdirmək lazımdır. |
Travolator — hərəkət edən səki.
Hərəkət edən səkilərdə (Travolatorlarda) sərnişinlər ya ayaq üstə durur ya da səkinin üstündə oturacaqlarla təchiz edilmiş kabinələrdə yerləşdirilirlər.
Hərəkət edən səkilər (Travolator) horizontal və bucaq altında yerləşdirilə bilərlər (meylli, və ya üfüqi).
Sürətinə görə hərəkət edən səkilər (Travolatorlar) az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər.
Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır.
Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər. Hərəkət edən səkilərin (Travolatorların) bir sıra üstünlükləri (məsələn: pillələrinin olmaması və bu səbəbdən istənilən qabaritli əşyaların rahat üzərində yerləşdirilə bilinməsi..) vardır. Lakin, onun məhdudiyyətləri də mövcuddur, məsələn; - onun yalnız müəyyən meyl bucağı altında yerləşdirilməsi (sərnişinlərin hərəkət zamanı müvazinətliliyini təmin edəcək meyl bucağı), eskalatorlardan fərqli olaraq sərt meyl bucağı altında yerləşdirilməsi imkanlarının məhdud olması.
Hərəkət edən səkilər (Travolatorlar) praktiki olaraq geniş ərazili, əhalinin (sərnişin) kütləvi axınlarının daimi mövcud olduğu böyük ticarət mərkəzlərində, hava limanlarında, dəmir yolu stansiyalarında, metropoliten stansiyalarında, yeraltı piyada keçidlərində, sərgi kompleksləri və s. istifadə olunur.