Tremor (lat. tremor - "əsmə") — qeyri-ixtiyari, ritmik hərəkətlərdir.
Yaranma səbəbindən asılı olaraq fizioloji, serebellar (beyincik), distonik, essensial, ortostatik, Parkinsonizm, psixogen, alkoholizm, periferik neyropatiya mənşəli ola bilər. Hərəkət və postura bağlılığına görə sakitlik, postural, hərəkət, intensiyon, rubral tremor ayırd edilir.[1]
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |