Trenyovun binası (Konstantinovsk)

Trenyovun binası[1]Rostov vilayəti Konstantinovsk şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina 1895-ci ildə inşa edilmişdir. Binada 1914–1916-cı illər ərzində rus dramaturqu, Talin mükafatı laureatı Konstantin Andreyeviç Trenyov yaşamışdır. Zirzəmiyə sahib tikili bir mərtəbədən ibarətdir.

Trenyovun binası
rus. Дом Тренёва
47°24′24″ şm. e. 40°07′06″ ş. u.
Ölkə  Rusiya
Şəhər Konstantinovsk
Tikilmə tarixi 1895

Adres: 347250, Rostov vilayəti, Konstantinovsk ş, Tenyov xiyabanı, 9.

Tarixi[redaktə | mənbəni redaktə et]

Konstantinovsk Trenyov xiyabanı, ev 9 ünvanında yerləşən iki mərtəbəli kərpiçdən ibarət olan bina. Bu binada 1914–1916-cı illərdə sovet dramaturqu, Stalin mükafatı laureatı Konstantin Andreyeviç Trenyov yaşamışdır. K. А. Trenyov Xarkov quberniyası, Volçanski qəzası, Romaşkovo xutorunda, Andrey Kirilloviç Trenyovun ailəsində anadan olmuşdur. Bir müddətdən Andrey Kirilloviç Trenyakovun ailəsi Xarkovdan Don vilayətinə, Millerovo dəmiryolu stansiyası, Mokraya Juravka xutoruna köçür. Konstantin Andreyeviç Zemnaya məktəbi, Dones dairə uçilişində, Xarkov torpaqşunaslıq uçilişində, Don ilahi seminariyası, Sankt-Peterburq ilahi akademiyası və Peterburq arxeologiya instutunda oxumuşdur. Trenyov arxeoloq, aqronom, tarixçi və yazıçı idi. O, "Donskaya reç" və "Donskaya jizn" adlı qəzetlərdə işlənmişdir. Konstantinovsk qəsəbəsində ezamiyyətdə olarkən Larisa İvanovna Sokolska ilə tanış olmuşdur.

Evlənən Trenyakov 1914–1916-cı illər ərazində Konstantonovskda İonna Sokolski məbədi yaxınlığında yaşamışdır. Pokrovski kilsəsində yerləşən dini məktəbdə tədris etmişdir. Binada vaxtı ilə kitabxana yerləşmişdir. Böyük Vətən müharibəsi zamanı bina yanğına məruz qalmışdır.

Təsviri[redaktə | mənbəni redaktə et]

Kərpiçdən inşa edilmiş bina İoanna Sokolski kilsəsi yaxınlığında yerləşir. Bina 1895-ci ildə inşa edilmişdir. A. K. Trenyovun 100 illiyi münasibətilə Rayon icraiyyə komitəsinin 1977-ci il 12 oktyabr 311 saylı qərarı ilə binanın fasadında memorial lövhə quraşdırılmışdır. Ağ mərmərdən ibarət olan lövhədə yazılır: "Bu binada 1914–1916-cı illərdə dahi yazıçı və dramaturq Konstantin Andreyeviç Trenyov işləmiş və yaşayışdır"

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Дом Тренёва". 2018-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-15.