Trepanasiya (lat. trepanatio) və ya Kəllə trepanasiyası - cərrahi müdaxilə, müvafiq nahiyəni ya boşluğu əldə etmək məqsədilə kəllə sümüyünün dəlilməsi.
Kəllə trepanasiyası (lat. t. cranii), kraniotomiya - kəllənin yarılması
Dekompressiya məqsədli trepanasiya (lat. t. cranii decompressiva de-, aradan qaldırmaq, +compressio sıxılma, təzyiq) - geniş trepanasiya (5-6 x 6-7 sm) əsasən gicgah nahiyəsində beyinin bərk qişasını əldə etmək üçün eyniadlı kəllə sümüyünün pullu hissəsinin rezeksiyası. Beyin dislokasiyası nəticəsində xəstənin vəziyyətinin kəskin pisləşməsi zamanı icra edilir.
Bu cərrahi müdaxilə qədimlərdən məlum olmuş, hələ Hippokrat bu barədə məlumat vermişdir. Neolit dövründən başlayaraq ən qədim zamanlardan bəri insanların trepanasiya ilə tanış olduqlarına dair dəlillər var. Bunu müxtəlif yerlərdə toplanmış çoxsaylı kəllə sümükləri sübut edir. Bəzi məlumatlara əsasən düşünmək olar ki,ibtidai insan mədəni insana nisbətən daha çox trepanasiyaya müraciət edirmiş. Bəzi dolmenlərdə bir neçə trepanasiya edilmiş ekzemplyar birdən tapılırdı.