Tridactyloidea

Üçbarmaqlılar (lat. Tridactyloidea) Qısabığcıqlı düzqanadlılar (lat. Caelifera) yarımdəstəsinə aid fəsiləüstü.

Üçbarmaqlılar
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu fəsiləüstünə uzunluğu 4–9 mm-dən artıq olmayan və kiçik danadişiləri xatırladan xırda düzqanadlılar aiddir. Bu oxşarlıq bədənin eynitipli konfiqurasiyası və qazma üçün uyğunlaşmış ön ayaqların quruluşu ilə ifadə olunmuşdur. Bığcıqlar qısa olub cəmi 10 buğumdan ibarətdir. Bədəni bir qədər yastılanmışdır. Qanadüstüləri qısa, buynuz maddədən qismən atrofiya olunmuş damarlıdır. Qanadlar qanadüstündən uzun və ya qısa olur. Ayaqları qısa, ancaq tullanandır. Yırtıcı həyat tərzi keçirərək xırda cücülər və yağış qurdları ilə qidalanırlar[1].

  • Cylindrachetidae
  • Ripipterygidae
  • Tridactylidae
  1. Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. Bakı: Elm, 2004, (388 s.) səh. 118